
İsmail Cingöz: Sərhədlərin açılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır
10:51 12.09.2025
Region
609
Paşinyan ölkəsinin mövcudluğu üçün Türkiyə ilə normallaşmanı və sərhədlərin açılmasını istəyir.
Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistanda səfərdədir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Ermənistan-Türkiyə sərhədindəki "Marqara" nəzarət-buraxılış məntəqəsində Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçla görüşüb.
Görüşün keçirilməsi normallaşma prosesinin davam etdirilməsi, sərhəd-keçid məntəqələrinin açılması və iki ölkə arasında etimad mühitinin gücləndirilməsi məsələlərinin müzakirəsi üçün mühüm addımdır. Prosesin məqsədi regionda sabitliyin təmin olunması, iqtisadi və humanitar əlaqələrin genişlənməsidir.
Qeyd edək ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması Qafqazda gedən ümumi barış prosesinin bir hissəsi kimi qiymətləndirilir. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensivləşməsi, Zəngəzur dəhlizi və digər regional layihələrin gündəmdə olması fonunda Ankara-İrəvan təması xüsusi əhəmiyyət daşıyır.
Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a bildirib ki, Ermənistan son zamanlarda həm iqtisadi, həm də demoqrafik baxımdan yox olmaq təhlükəsi ilə üz-üzədir:

"Rəsmi rəqəmlərdə ölkə əhalisi təxminən 3 milyon göstərilsə də, faktiki olaraq ölkə daxilində yaşayan əhalinin 1 milyon 200 min civarında olduğu dəyərləndirilir. Burada uşaqları, yaşlıları və qadınları çıxanda, ölkənin iqtisadiyyata real töhfə verə biləcək işçi qüvvəsi olduqca az qalır. Həmçinin ölkənin təhlükəsizlik baxımından da ciddi çətinliklər yaşadığı müşahidə olunur. Beynəlxalq mediada da yayıldığı kimi, fürsət tapan gənc kişi və hərbi xidmətə çağırılacaq şəxslər ölkəni tərk etməyə çalışır və bu tendensiya getdikcə artır. Paşinyan ölkəsinin mövcudluğu üçün Türkiyə ilə normallaşmanı və sərhədlərin açılmasını istəyir. Onun fikrincə, sərhədin açılması üçün ilk mərhələdə diplomatik pasportu olanların və üçüncü ölkə vətəndaşlarının bu sərhəddən istifadə etməsi təmin olunmalı, daha sonra isə tam normallaşma istiqamətində addımlar atılmalıdır.
Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəlilədiyi nəzərə alınarsa, rəsmi İrəvan üçün sərhədlərin açılması həyati əhəmiyyət daşıyır. Bu addım təkcə Türkiyə üçün deyil, Ermənistan üçün də böyük iqtisadi faydalar gətirəcəkdir. Ermənistan rəhbərliyi də sərhədlərin açılması ilə əhalinin iqtisadi rifahının yaxşılaşacağını düşündüyünə görə bu prosesin sürətləndirilməsini istəyir.
Bundan əlavə, qlobal sərmayə sisteminin də bu regiondan böyük gözləntiləri var. Çünki Pekin-London dəmir yolu xəttinin keçid nöqtələrindən biri olan Zəngəzur bölgəsində sülh və sabitliyin təmin olunması ticarətin artmasına şərait yaradacaq. Ticarət həcminin böyüməsi isə Azərbaycan, Ermənistan və Türkiyə başda olmaqla bütün region ölkələrinə əlavə dəyər qazandıracaq. Ən önəmlisi isə, bu prosesdən ən çox faydalanacaq ölkə Ermənistan olacaq".
Ekspertin sözlərinə görə, sərhədlərin açılması Türkiyənin Türk dünyası ilə quru bağlantısının təmin olunması baxımından da böyük əhəmiyyət daşıyır:
"Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsinin yaranması da strateji baxımdan ciddi üstünlüklər gətirəcək. Beləliklə, uzun illərdir ayrı qalan bölgələr arasında əlaqələrin bərpası həm Türk dünyası üçün tarixi bir birləşmə olacaq, həm də Ermənistan xalqının iqtisadi rifahını yüksəldəcək. Ermənistan rəhbərliyi də hesab edir ki, sərhədlərin açılması və normallaşma ilə əhalinin Türkiyə və Azərbaycana münasibəti daha müsbət istiqamətdə dəyişəcək.
Bununla belə, erməni diasporası, kilsəsi, müxalifəti, həmçinin İran, Yunanıstan və Fransa kimi ölkələrin bu prosesdən narahatlıq duyacağı da nəzərə alınmalıdır. Ancaq Ermənistan, Türkiyə və Azərbaycan üçün normallaşma və barış daha böyük dəyər daşıyır. Hazırda prosesdə müsbət inkişaflar müşahidə olunur. Sərdar Kılıç ilə Ruben Rubinyanın İrəvanda və Marqara sərhəd-keçid məntəqəsində görüşmələri bu istiqamətdə davam edir. Bu görüşlərin kəsilmədən davam etməsi gələcək planların hazırlanması baxımından müsbət bir inkişaf kimi qiymətləndirilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm