Osmanlının 500 illik Ramazan pidəsi ənənəsi bu gün də yaşadılır.
Sherg.az xəbər verir ki, tarixi mənbələrə görə, Ramazan ayında çörək istehsalı artır, pidənin çəkisi və qiyməti dövlət nəzarətində saxlanılırdı. Hətta uzun növbələr yaransa da, insanlar isti pidə almadan evə qayıtmazdılar.
Mütəxəssislər bildirirlər ki, Ramazan pidəsinin əsas sirri düzgün mayalanma, xəmirin konsistensiyası və üzərinə çəkilən xüsusi naxışdır. Yumurta sarısı, qatıq və yağ qarışığı ilə üzlənib küncüt və çörəkotu səpilərək bişirilən pideə 200 dərəcədə 15–20 dəqiqəyə hazır olur. Üstünün xırtıldayan olması isə düzgün temperatur və mayalanma ilə bağlıdır.