58 yaşında ana olmaq böyük riskdir
Məlahət Rzayeva
09:27 12.08.2020
Cəmiyyət
761
Bu fakt qeyri-adidir. Hər qadının başına belə hal gələ bilməz
“Hamiləlik üçün ən uyğun yaş həddi 21-35-dir. 35 yaşdan sonra hamiləlik ana üçün də, döl üçün də təhlükəlidir”.
Bu açıqlama həkim-ginekoloq Fəxranə Hüseynzadəyə məxsusdur. “Şərq”ə açıqlamasında 58 yaşlı qadının dünyaya övlad gətirməsi hadisəsinin nadir görülən hal olduğunu deyən həkim bunun həm də kifayət qədər risk daşıdığını bildirdi:
- Bəli, bu, çox nadir görülən haldır. 58 yaşında ana olmaq istəyən qadın hər cür riski gözə almış olmalıdır. Bu yaş üçün hamiləlik dövrü çox təhlükəlidir. Lakin hamiləlik dövrü başa çatır və uşaq dünyaya gəlirsə, artıq qadın orqanizmi üçün təhlükə qalmır. Normal hamiləlik üçün ən uyğun yaş dövrü 21-35 yaşdır. Düzdür, 35 yaşdan sonra, hətta 40-42 yaşda hamilə qalıb övlad dünyaya gətirən qadınlar da var.
Lakin hər bir qadın bilməlidir ki, 35 yaşdan sonra hamiləlik risklidir. Normal yaş həddində əgər biz xanımlara müntəzəm həkim nəzarətində olmalarını, mütəmadi müayinələrdən keçmələrini tövsiyə və tələb ediriksə, 35-dən sonra nəzarət ikiqat artıq olmalıdır.
Çünki 35 yaşdan sonra hamiləlik həm ana üçün, həm də döl üçün təhlükəlidir. Bununla belə heç kim qadının ana olmaq arzusunun önünə keçə bilməz. Əlbəttə, hazırda tibbin imkanları olduqca genişdir, arzuların, istəklərin reallaşmasına tibb elmi kömək edir. Lakin bütün hallarda yaş həddi hamiləlik üçün uyğunsuz olan xanımlara hamiləliyin təhlükəli olduğu, risk daşıdığı da bildirilir.
Xatırladaq ki, bu günlərdə Bakıda orta məktəb müəllimi olan 58 yaşlı qadın ilk övladını dünyaya gətirib.
Qadın, ekstrakorporal mayalanma prosedurundan sonra hamilə qalıb. Həkim bildirib ki, bu fakt qeyri-adidir. Hər qadının başına belə hal gələ bilməz. Bu yaşda bir çox pasiyentlərimizə müalicə yazmaqdan çəkinirik, ancaq bu qadın, bir növ, fenomen oldu. Yəni onun səhhəti uşaq doğmağa imkan verdi. Bundan başqa, onun heyrətamiz iradəsi var”, - deyə həkim bildirib.
Düzdür, qadının sağlamlığında bəzi problemlər olsa da, o, öhdəsindən gəlib və birinci ekstrakorporal mayalanmadan sonra hamilə qalıb.
Həkim qeyd edib ki, süni mayalanma 100 faiz hamilə qalmağa zəmanət vermir:
“Ancaq bizim pasiyentimizin səhhəti uğurlu nəticə üçün, demək olar ki, ideal idi. Əlbəttə, 58 yaşında hamiləlik asan olmasa da, o, uğurla sonlanıb”. Doğulan uşağa Fateh adı qoyulub.
Bu, Bakıda ikinci belə haldır. Ötən il isə 64 yaşlı qadın və 70 yaşlı kişinin 40 ildən sonra əkiz övladları dünyaya gəlmişdi. Bu isə postsovet məkanında hələ ki, yeganə hadisədir. 64 yaşlı qadın da süni mayalanma ilə hamilə qalmışdı və körpələr qeysəriyyə əməliyyatı ilə doğulmuşdular.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Delsi Rodrigez ilə görüşüb
19:23 08.06.2026
Dünya
Əsmər Əliyeva vəzifəsindən azad olundu
19:12 08.06.2026
Cəmiyyət
Türkiyə, Azərbaycan və Gürcüstan sülh çağırışı etdi
19:02 08.06.2026
Gündəm
Trampı canlandıran aktyor: “O çılğın adamdan qorxuram”
18:54 08.06.2026
Dünya
5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik - Tural Abbaslı
18:49 08.06.2026
Gündəm
Azərbaycan nəqliyyatında yeni mərhələ başladı - İZAH
18:01 08.06.2026
İnfrastruktur
Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib
17:45 08.06.2026
Gündəm
Yaxın Şərqdə həlledici toqquşma hələ qarşıdadır - TƏHLİL
17:22 08.06.2026
Gündəm
Novxanıda gizli narkobunker aşkarlandı - VİDEO
16:54 08.06.2026
Hadisə
Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir - EKSPERT
16:52 08.06.2026
Texnologiya
Şuşa ilə bağlı mühüm təklif: Bu, qadağan edilir
16:40 08.06.2026
Mədəniyyət
Toylardakı şabaşdan Rəşad Dağlıya da göndəririk - Xosrov
16:20 08.06.2026
Cəmiyyət
Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu
15:54 08.06.2026
Cəmiyyət
İran İsrailə qarşı əməliyyatları dayandırdı
15:54 08.06.2026
Gündəm