Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi Erməni Təcavüzünün Tanıdılması İB-nin ’ Biz birlikdə güclüyük’’ layihəsi çərçivəsində şəhid, əlil və məcburi köçkün ailələrinə ərzaq yardımı kuponu poçt vasitəsi ilə göndərilib.
Pandemiya dövründə həssas qruplardan olan 68 ailə bu ərzaq kuponlarından yararlanıb. Bu onu sübut edir ki, Dövlətimiz daima xalqınn yanındadır. Hər bir vətəndaşının qayğısına qalır. Layihə Nizami, Xətai, Binəqədi, Sabunçu rayonlarında həyata keçirilib.