800 illik ənənə: Hər şey gəlin olduqdan sonra dəyişir
12:53 04.09.2025
Cəmiyyət
495
Türkiyənin Kayseri bölgəsinin Sarıoğlan rayonunun Palas məhəlləsində yaşayan 60 yaşdan yuxarı qadınlar, ənənəvi “baş bağlama” üsulları ilə diqqət çəkir.
Sherg.az xəbər verir ki, “Qara yapıqlı” adlanan qadınlar, uzun qara baş örtüklərinin üzərinə başqa bir qara örtük dolayaraq alınlarının üzərinə bağlayırlar. Evləndikləri illərdə ağ və ya rəngli örtüklərdən istifadə edən qadınlar, yaşları irəlilədikcə və ya matəm, itki yaşadıqdan sonra qara rəngi seçirlər.
Son illərdə azalmaqda olan baş bağlama üsulu, məhəllədə əsasən 60 yaşdan yuxarı qadınlarda görünür. Sosial, Mədəniyyət və Dayanışma Cəmiyyətinin sədr müavini Murat Özdemir bildirib ki, Palas məhəlləsi Səlcuq dövründən böyük yaşayış yeri olub və burada 1232-ci ildən qalma, 300 nəfərlik Səlcuq məscidi mövcuddur.
Osmanlı arxivlərində də Palasın adı qeyd olunub. Özdemir bildirir ki, bu iki sivilizasiyanın izlərini insanların geyimində və yaşam tərzində görmək mümkündür: “Xalq arasında “başı bağlı qara yapıqlılar” dedikləri qadınların özünəməxsus bürünmə forması var. Bu mədəniyyət körpüsünü qırmadan gələcək nəsillərə ötürmək istəyirik. Bu örtmə üsulu Səlcuq və Osmanlı örtünməsini xatırladır”.
Başa taxılan sarığın bir az dəyişmiş formasıdır. Səlcuq qadınlarının baş bağlama üsulu ilə müqayisədə bu qadınların baş örtüklərinə oxşayır. Nəsildən-nəslə ötürülərkən bəzi dəyişikliklər olub.
Gəlin olduqda ağ və ya rəngli örtük taxılır. Sonra yaş irəlilədikcə qara rəng seçilir. Qara, matəm və ciddi bir simvol kimi qəbul olunur. Ağrı yaşamış, həyat yoldaşını və ya övladını itirmiş qadınlar qara örtüklə daha tez tanış olurlar.
Kənd məhəlləsi köç vermir və təxminən 5 min nəfər əhalisi var. Özdemir deyir: “Məhəllə öz mədəniyyəti ilə yaşayır. Xarici təsirlərə məruz qalmadığı üçün örtünmə forması qorunub saxlanılıb. 100-150 qadın bu örtüyü istifadə edir və onlar bu mədəniyyətin son nümayəndələridir; yeni nəsil artıq bunu istifadə etmir”.
65 yaşlı Hatice Oral deyir: “Örtüklərimizə “qara yapıq" deyirik. Yeni nəsil bunu taxmır, əvvəlki nəsillər bir qədər rənglisini istifadə edirdi. İş görərkən başımızdan düşməsin deyə belə bağlayırıq”.
81 yaşlı Ayşe Baydemir bildirir: “65 ildir beləyəm. Ağ örtüklə heç vaxt bürünməmişəm. İş görərkən örtümüz düşməsin deyə taxırıq. Ankarada 3 il qaldım, məni şərqli sanırdılar”.
75 yaşlı Nazlı Akkaş deyir ki, anaları və nənələri kənarları işlənmiş, daha rəngli örtüklərdən istifadə edirdi və kənddə iş görərkən həmişə belə başlarını bağlayırdılar. Artıq çarşıda və bazarda bu örtükləri tapmaq olmur, umrəyə gedənlər gətirir və paylayır.
80 yaşlı Havva Özer bildirir: “Xırmana gedərkən, düven sürərkən, sap səçərkən yel əsə bilər, başımız açılmasın deyə bunu taxırıq”.
70 yaşlı Ayşe Altındağ deyir ki, əvvəllər örtüyün ucuna qızıl və muncuq taxırdılar və 60 ildir belə bürünür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya
Azərbaycan futboluna ağır itki: Əməkdar məşqçi vəfat etdi
16:29 06.07.2026
Futbol
Rusiya səfiri Azərbaycan XİN-ə çağrıldı, nota verildi
16:23 06.07.2026
Siyasət
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
16:06 06.07.2026
Son dəqiqə
Ermənistan Pakistana ilk səfirini təyin edib
16:02 06.07.2026
Region
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər edib
15:53 06.07.2026
Siyasət