“Abşeron” Gənclər Şəhərciyinin problemləri: nə daimi su var, nə sənəd...
Fidan Həmişəyeva
12:52 11.02.2021
Cəmiyyət
656
“Akkord” şirkəti binanı tikib və insanlar pul verib evi alıblar”
“Sadəcə olaraq sakinlərə hələ kupça verməyiblər. İnsanlar neçə ildir ki, orada yaşayır amma öz əmlakları üçün sənədləri yoxdur”
“Deməli, binada özbaşınalıq baş alıb gedir”
“Abşeron” Gənclər Şəhərciyinin sakinləri suyun məhdudiyyətlə verilməsindən əziyyət çəkirlər. Bu barədə “Sherg.az”a şəhərciyin sakinləri məlumat veriblər.
Ərazidə yerləşən 10 mərtəbəli binaların sakinləri iddia edirlər ki, su səhər saat 7-dən 10-a kimi, axşam da eyni saatlarda verilir. Sakinlər neçə illərdir ki, bu problemin həll olunmadığını bildirirlər.
Mövcud durumla bağlı AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Azərbaycanda kommunal xidmətlərin çox bərbad vəziyyətdə olduğunu bildirib:
“Bu hal həm suya, həm də qaz və mənzil istismar idarələrinə aiddir. Hər hansı bir xidmət müqavilə ilə olmalıdır. Məsələn, sovet dövründə mənzil istismar idarələri dövlət evlərinə xidmət etmək üçün yaranmışdı. Yəni dövlət evi tikirdi və vətəndaşa həmin evi mülkiyyət kimi yox, kirayə olaraq verirdi. Dövlət həmin evlərdə öz idarəsini yaradıb xidmət göstərirdi. İnsanlar kirayə pulu verirdi və qarşılığında mənzil istismar idarəsi onlara xidmət göstərir.
“Abşeron” Gənclər Şəhərciyindəki su probleminə gəlincə, bu binalar özəldir, yəni “Akkord” şirkəti binanı tikib və insanlar pul verib evi alıblar. Sadəcə olaraq sakinlərə hələ kupça verməyiblər. İnsanlar neçə ildir ki, orada yaşayır amma öz əmlakları üçün sənədləri yoxdur”.
M.Zülfüqarlı qeyd edib ki, sözügedən binanın su problemi məhz evə məxsus sənədlərin sakinlərdə olmamasından qaynaqlanır:
“Hətta orada elə evlər var ki, yaşayış yoxdur. Amma vətəndaşın qapısına yazıblar ki, “İşığa filan qədər borcun var”. Heç işığın çəkilməsi olmayıb, lakin işıq pulu yazıblar. Mənzil istismar idarəsi adlandırılan qurum müqavilə ilə əhaliyə xidmət etməlidir. Pulla verilən xidmətdir, sakinlər də pulu verirlər, niyə su ilə təmin olunmasınlar ki? Deməli binada özbaşınalıq baş alıb gedir”.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə də əlaqə saxladıq.
Qurum sözçüsü açıqlamasında bildirdi ki, “Abşeron” Gənclər Şəhərciyinin yaxınlığında olan bütün binalarda su daimidir. Şəhərcikdə olan bu problem binanın özü ilə bağlıdır:
“Şəhərciyin öz su anbarları var. Bu problem “Azərsu”nun səlahiyyətindən çıxıb. Çünki şəhərcikdə su problemi ilə maraqlanmışıq. Problem bizdən qaynaqlanmır. Şəhərciklə üzbəüz olan bina, eyni zamanda yaxınlıqdakı digər binalarda hər saat su gəlir. Həmin binanın tikintisi ilə “Akkord” şirkəti məşğul olur. Ona görə də problemin nədən qaynaqlandığını bu qurumdan soruşmaq lazımdır”.
“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası və kompleksin komendantlığı ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı. Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya