Abşeronda reyd: Üç nəfər həbs edildi, üç qanunsuz işləyən kafe və restoran aşkarlandı
12:10 28.07.2020
Cəmiyyət
783
Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə Abşeron rayonu ərazisində polis əməkdaşları tərəfindən yollarda, fəaliyyətinə icazə verilən obyektlərdə gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün rayon üzrə qapalı məkanlar daxil olmaqla davam etdirilən tədbirlərdə icazəsiz hərəkət edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla mövcud sanitar-gigiyenik tələblər izah olunub. Həmin şəxslərin diqqətinə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara metodiki göstərişlərə əməl etməlidir.
Reydlər zamanı avtomobil yollarında icazəsi olmadan hərəkət edən sürücülər də müəyyən edilərək cərimələniblər. Nəzarət-profilaktik tədbirlər çərçivəsində müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən, tibbi maskalardan istifadə etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Ümumilikdə son reydlər zamanı Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozduqlarına görə ümumilikdə 380 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmin şəxslərdən 261-i tibbi maskalardan istifadə etmədiklərinə, 119-u isə karantin qaydalarının tələbini pozaraq icazəsiz yaşayış yerini tərk etdiklərinə görə cərimələniblər.
Karantin qaydalarını pozan üç nəfər isə inzibati qaydada həbs edilib. Tələbləri pozaraq qanunsuz olaraq fəaliyyət göstərən üç kafe və restoran da müəyyən edilərək həmin obyektlərin sahibləri barəsində sərt tədbirlər görülüb.
Qeyd edək ki, Abşeron rayonu ərazisində fəaliyyətinə icazə verilən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da mütəmadi olaraq davam etdiriləcək. Təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlərin görülməsi təmin ediləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm