“Ad, soyad problemi əsaslı şəkildə azalıb”-Professor
Məlahət Rzayeva
13:00 04.03.2020
Cəmiyyət
1650
Sayalı Sadıqova:“Artıq vətəndaşlarımız düzgün seçim edə bilir. Övladlarına gözəl adlar seçirlər”
“Soyad sonluqlarının Azərbaycan ədəbi dil normaları daxilində yazılması məsələsində stabilləşmə mövcuddur”
Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi üçün rəsmi orqanlara edilən müraciətlərin sayı azalıb.
Bu barədə Ədliyyə Nazirliyinin məlumatında qeyd edilir. Nazirlikdən bildirilib ki, 2019-cu ildə qeydiyyat şöbələrində 2 689 adın, ata adının və soyadın dəyişdirilməsi faktı qeydə alınıb və bu proses vətəndaşların istəyinə, ərizəsinə əsasən həyata keçirilib. Cari ilin ötən dövrü ərzində isə 313 nəfər ad, ata adı və soyadın dəyişdirilməsi üçün müraciət edib.
2018-ci ildə ölkədə adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı müraciət edənlərin sayı 2891 nəfər, 2017-ci ildə 3013 nəfər, 2016-cı il ərzində 2967 nəfər, 2015-ci ildə isə 2314 nəfər olub.
Müraciətlərdə vətəndaşlar tərəfindən adların dəyişdirilməsinə əsas səbəblər kimi adın normal səslənməməsi, çətin tələffüz edilməsi, milliyyətə, cinsə uyğun gəlməməsi, mənası və s. göstərilib.
Azərbaycan vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Lakin yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları şəxs 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
Soyadın sonluğunun dəyişdirilməsi hər bir vətəndaşın ərizəsinə əsasən həyata keçirilir. Ərizəni 18 yaşına çatmış vətəndaşların özü, 18 yaşına çatmayan şəxslərin isə valideynləri və digər qanuni nümayəndələri (övladlığa götürənlər, qəyyum və ya himayəçilər) təqdim edirlər.
Qanunvericilik adın, ata adının, soyadın dəyişdirilməsinə müəyyən hallarda - ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş olduqda adın, ata adının və soyadın dəyişdirilməsinə icazə verilmir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova ad, ata adı, soyad dəyişdirilməsi üçün müraciət edənlərin sayının azalma səbəblərini “Şərq”ə açıqladı:
- Müraciət edənlərin sayının azalması maarifləndirmə işlərinin aparılması ilə bağlıdır. Bəli, bir neçə il əvvələ kimi ad, soyad sonluqlarının dəyişdirilməsi üçün müraciətlərin sayı çox olurdu. Lakin son illərdə aparılan maarifləndirmə işləri, təbliğat, həmçinin qeydiyyat idarələri, “ASAN Xidmət” sektorunda mütəxəssislərin işə cəlb olunması ad, soyad problemini əsaslı şəkildə azaldıb. Artıq vətəndaşlarımız düzgün seçim edə bilir. Övladlarına gözəl adlar seçirlər. Soyad sonluqlarının Azərbaycan ədəbi dil normaları daxilində yazılması məsələsində stabilləşmə mövcuddur. Doğum haqqında şəhadətnamə almaq üçün müraciət edənlərə qeydiyyat idarələrində, “ASAN Xidmət”də düzgün istiqamət verilir. Statistik rəqəmlər soyad sonluğu seçimində daha çox “lı, li” sonluğuna üstünlük verildiyini göstərir. Amma hər adın sonluğuna “lı, li” şəkilçisi artırmaq olmur. Baxır ada, adın hansı sait və ya samitlə bitməsinə. Soyad sonluğu seçimində də Azərbaycan ədəbi dil normaları nəzərə alınmalıdır. Bəzən “lı, li” şəkilçisi uyğun gəlməyəndə “oğlu”, “qızı”, “soy” sonluqları təklif edilir. Hazırda komissiyaya müraciətlər daha çox adların düzgün yazılış qaydası ilə bağlıdır. Bəzən görürük ki, adlar Türkiyə türkcəsi normalarına uyğun yazılır. Amma biz başa salırıq ki, Azərbaycan dilində “ə” hərfi var. Məsələn, uşağın adı “Metin” deyil, “Mətin” yazılmalıdır. Hesab edirəm ki, aparılan maarifləndirmə tədbirləri artıq bəhrəsini verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya