Adamın ürəyi yanır ! - Aşağı sinif şagirdləri də siqaret çəkir
Məlahət Rzayeva
02:23 10.09.2020
Cəmiyyət
942
"İcra mexanizmini qanun qəbul olunmazdan öncə düşünmək lazımdı. Qanunun qəbulunadək işlər görülməlidir"
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitənin sədri, millət vəkili Musa Quliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun icrasının yetərli olmadığını deyib:
“Bu qanunla bağlı noyabr ayında dinləmələr keçiriləcək. Qanun qəbul edilsə də, bunun icrası yetərli səviyyədə deyil”. O bildirib ki, hətta məktəblərin yanında da tütün məmulatlarının satılması hallarına rast gəlinir və bununla bağlı müraciətlər daxil olur: "Bu məsələ ilə bağlı araşdırmalar aparılır və noyabr ayında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun icrası ilə bağlı parlamentdə dinləmə təşkil ediləcək".
Peşəkar jurnalist, publisist Rasim Mədəd icranın yetərliyinin iki əsas şərtə bağlı olduğunu dedi: təbliğat və maarifləndirmə:
- Qanun qəbul etmək asandı. Layihə hazırlanır, təqdim olunur, bir-iki müzakirə, düzəliş və tamamdı – qanun qəbul olundu. İcra mexanizmini qanun qəbul olunmazdan öncə düşünmək lazımdı. Qanunun qəbulunadək işlər görülməlidir. Bir mağazaya “tütün məhsullarının satışı qadağandır” plakatı yapışdırmaqla iş bitmir. Bu iş orta məktəblərin, ali məktəblərin daxilində, cəmiyyətdə aparılmalıdır. Ağılla, tədbirlə, yavaş-yavaş yeniyetmələrə, gənclərə tütünün ziyanları, zərərli tərəfi anladılmalıdır.
Onların qəbul edəcəyi, anlayacağı dildə. Necə ki müəllim hansısa düsturü şagirdin beyninə yeritməyə çalışır, elə də siqaretin ziyanı şagirdin beyninə yeridilməlidi. Bunun üçün də mütəxəssis - uşaq psixologiyasını və ümumiyyətlə, insan psixologiyasını bilən mütəxəssis lazımdı. Dərs saatının 5 dəqiqəsi bu məsələyə ayrılmalıdır. Edirlərmi bunları? Yox.
Mən bir neçə il əvvəl bu problemlə bağlı layihə işləmişdim. Əlimdə videolar vardı, orta məktəblərdə nəinki böyük siniflərin, hətta kiçik sinif şagirdlərinin siqaret çəkmələrini əks etdirən. 5-ci sinif şagirdinin əlindən siqareti alıb tullamışam. Vəziyyət bu həddədir. Acınacaqlıdı. Kiçik yaşlı uşaqlar siqaret çəkir. Adamın ürəyi ağrıyır. Hara gedir, bu uşaqlar?! Bu dəhşətin qarşısını biz ancaq təbliğat və maarifləndirmə işlərini sürətləndirməklə ala bilərik.
Hazırda tv-lərdə tütün məmulatlarının reklamı aparılmır. Filmlərdə siqaret çəkilən epizodlar varsa, üzəri “buzlanır”. “Tütün məmulatları istifadə oluna bilər. Siqaret sağlamlığınıza ziyandır” və sair bu məzmunda bildirişlər verilir.
Amma yeniyetmə, gənc TV-yə baxır? Kimdi indi televizor qarşısında əyləşən? Uşaq da, gənc də smartfon işlədir, sosial şəbəkədədi. Televiziyada nə edirsən, et, artıq gecdi. Bu, bizə istədiyimiz effekti verməyəcək.
Çünki dövran keçib artıq. İndi texnologiya dövrüdü. Elə etmək lazımdır ki, mən mobil telefonumu açan ekranda siqaret əleyhinə çağırış görüm. Özümüzü telefonsuz təsəvvür etmirik də, doğrudur?
O zaman siqaret əleyhinə çağırışlar, maarifləndirici materiallar telefonlarda olmalıdır. Bunu mobil operatorlar etməlidir. Necə ki, hansısa satış firmalarının endirim kampaniyalarını, hansısa digər reklam materiallarını mobil rabitə istifadəçilərinə onların rəyi, razılığı olmadan göndərirlər.
Eləcə də feysbukda, başqa sosial şəbəkələrdə siqaretin ziyanları insanlara çatdırılmalıdı. Xəbər saytları, portallar səhifələrinə necə ki, başqa hər cür reklam yerləşidirir, eləcə siqaret əleyhinə reklam qoymalıdı.
Bunu məcburi qaydada etmək lazımdır. Sosial sifariş olaraq. Dövlət də maddi tərəfini qarşılamalıdır. Yoxsa qanunla bunun qarşısını almaq mümkün olmayacaq. Bir yandan tütün məmulatları istehsal olunur, bir yandan da onun ziyanından danışılır. İstehsalçının məqsədi məhsulunu satmaqdır.
Hər vasitə ilə buna nail olmağa çalışır. O zaman sən də qəbul etdiyin qanunun icrası üçün hər vasitədən istifadə etməlisən.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol