"Ağsaqqaldır, müəllimdir, günahını bağışlayın"
Məlahət Rzayeva
09:14 13.08.2020
Cəmiyyət
804
Lerikdə azyaşlı qıza təcavüz edən yaşlı müəllimə 1 il iş veriblər
Kəmalə Ağazadə: "Belələrinə güzəşt olmamalıdır"
Bölgələrdən birində azyaşlı qız müəllim tərəfindən cinsi zorakılığa məruz qalıb. Bu barədə “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb. M.Zeynalova qeyd edir ki, “qızın əqli inkişafının zəif olduğu bildirilir. Sağlam olsa da, amma hadisələri dərk edib onu təhlil edib, reaksiya vermək qədər ağıllı deyil. Yəni aldatmaq çox asan olub, 1 manat verib şirnikləndirmək kimi...
Və nə baş versə yaxşıdır? Bu hərəkətinə görə cəmi 1 il... “Gözünə döndüyüm” ağsaqqallar yığılıb, xahiş ediblər ki, ağsaqqaldı, müəllimdi günahını bağışlayın... və filmin sonu”.
Baş vermiş hadisə ictimaiyyətdə qəzəbə səbəb olub və sosial şəbəkə istifadəçiləri kəskin münasibət bildiriblər, hətta belə əmələ görə ölüm hökmünün bərpa edilməsini arzulayanlar da olub:
Aytən Quliyeva: O alçaqların niyə fotosu yayılmır ki? Biabır olmalı deyillər?
Zara Quliyeva: Sonra o ağsaqqal məktəbdə işləməyi davam edəcək və yeni qurbanlar tapacaq. İndi daha cəsarətli olacaq, çünki cəzası yüngül olduğunu dərk edib davam edəcək. Və fakt deyil ki, o zorlanan qızların içində o yığılıb xalq rəhmi istəyənin qızı olmayacaq.
Turan Turksoy: Məncə əlaqədar təşkilatlar bu cinayəti təqib etməli, pedofilin layiqli cəza almasına nail olmalıdırlar.
Gulbəniz Babayeva: Bir il iş veriblər?!.
Əfsanə İbrahimova: Ən əzızlərındən çəksın elə o ağsaqqallar.
Cəmalə Məmmədzadə: İmza-filan təşkil edək, bu belə davam etsə, “1 il yatıb çıxaram”, deyə axmaq insanlar istədiyini edəcək. Bu murdarlıqdır, ədalətsizlikdir. İnsan hüququnun pozulmasıdır. Belələrini məktəbə buraxmaq olmaz. İşdən çıxarılmalıdır və uşaqlara bu barədə tədbir keçirilməlidir. Nə vaxta qədər cahil qalmalıyıq axı. Uşaqlar hər şeyi başa düşür. Onları düzgün yönləndirməklə belə murdarların əlindən qurtarmaq olar.
Mətləb Həsənli: Həmin o ağsaqqallar öz qızlarının da görəsən bu yolda olmağa razıdırlarmı?
Nazrinka A-va: Güllələnməlidir, birmənalı olaraq. “Ona güzəştə gedin”, deyənlər də fikrimcə, onun taylarıdı.
Aygun Hacıyeva: Bir elin ki, ağsaqqalları belə addım atırlar, daha deyiləsi söz yoxdur...
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə“Şərq”ə açıqlamasında məlum hadisəyə səhv yanaşmalar olduğunu da dedi:
- Bu hadisə bir neçə ay əvvəl baş verib, səhv etmirəmsə, Lerikdə. Məni narahat edən ictimaiyyətin hadisəyə yanaşmasıdır. Əksəriyyət hakimi günahlandırır ki, ədalətsiz qərar verib.
Amma bu adamlar istintaq materialları ilə tanış deyil, istintaq materiallarının içində nələr olduğunu bilmirlər. İstintaq prosesinin öz qaydaları, öz qanunları var. Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsində hansı maddələr varsa, hadisəyə hansı maddələr uyğundursa, prokuror o maddələr üzrə cəza tələb edir. Kimsə CM-nə istədiyi maddəni əlavə edə bilməz. Məndə olan məlumata görə, o şəxsin himayəsində xüsusi qayğıya ehtiyacı olan var.
Bəlkə də məhkəmə bu faktı nəzərə alıb. Hələ Apelyasiya Məhkəməsi var, Ali Məhkəmə və başqa məhkəmə instansiyaları. Bununla hakimin və ya prokurorun vəkilliyini etdiyimi kimsə düşünməsin. Bilirsiniz ki, mən zorakılığa məruz qalmış uşaqların reabilitasiyası ilə məşğul olan ictimai birliyin rəhbəriyəm. Biz bu cür faktlarla qarşılaşırıq.
Zorakılığa məruz qalan uşaqlarla işləyirik, onların travmalarının sağalmasına çalışırıq. Bircə bunu deyəcəm ki, çoxillik iş təcrübəmdə zorakılığa, təcavüzə məruz qalmış azyaşlılarla bağlı nə hakimin, hə prokurorun, nə istintaq orqanının güzəşt etdiyinin şahidi olmamışam.
Çünki belə məsələlərdə hamının gözü önünə öz övladı gəlir. Belələrinə güzəşt olmamalıdır. Belələrinə 12 il, 18 il cəza da azdı. Cəzaları ömürlükdü, axtalanmaqdı… ən ağır cəzalar olmalıdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya