
AİB sədri: Kərə yağı bazarı qida seqmentinin çirklənmiş hissələrindən biridir
10:07 18.04.2025
Cəmiyyət
518
Ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, müəyyən olunan konkret faktlar üzrə qurum tərəfindən qanunamüvafiq tədbirlər görülür. Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb. Qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları bunlardır: Yeni Zelandiyaya məxsus kərə yağı, Çinə məxsus nərə kürüsü, Özbəkistana məxsus araxis və ərik qurusu, Rusiyaya məxsus mal piyi və dondurulmuş donuz əti məhsulları.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, kərə yağı bazarı qida seqmentinin çirklənmiş hissələrindən biridir:

“Yeni zellandiyadan təxminən 5-6 zavoddan Azərbaycana kərə yağı idxal olunur. Altı il öncə Yeni Zellandiyada konfransa səfər edən zaman Azərbaycana kərə yağı göndərən zavodda oldum. “West Gold” kərə yağının Azərbaycan dilində markalanmasına və orada istehsal olunmasına fikir verdim. Fermer təsərrüfatına getdim, baxış keçirdim. Orada heyvanlar il boyu açıq havada otlayırlar, təbii yem ilə qidalanırlar və ona görə də Azərbaycana ucuz yağ gəlir. Hətta yağın qiymət monitorinqini apardım. Məlum oldu ki, ucuz başa gəldiyi üçün Azərbaycanda normal bir qiymətə gəlib çıxır. Bu “West Gold” yağları idi və bazarda da bu yağlardan var. Lakin bununla bərabər Azərbaycan əmtəə bazarında Zellandiyadan gətirilən saxta yağlar barədə daim Azad İstehlakçılar Birliyinə məlumatlar gəlib. Məsələn, bir neçə il öncə Gürcüstandan Azərbaycana Yeni Zellandiyanın saxta yağları idxal olunurdu. Çox təəssüf ki, bu hal var idi və əhali narazılığını bildirirdi. Qida Təhlükəsizliyi Agentliyinin apardığı bu iş çox zəruridir və davam etməlidir. Əhali kərə yağı seçən zaman yağları sıxsınlar və hansı yağlar daha bərk olursa, onun kərə yağı olduğunu bilib alsınlar. Qarışıq yağlar adətən yumşaq olurlar. Bu kimi amillərə fikir vermək lazımdır. Bütün hallarda şüphəli yağ gördükdə 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol