
AİB sədri: Masadakı təmtəraq sağlamlığımızı yeyir
Yusif Nəzərli
15:17 07.11.2025
Cəmiyyət
545
Toylarımızda yeyilən ət xəstə heyvan ətləridir
“Bəylə gəlin menyunu müzakirə edir, amma ətin haradan gəldiyini soruşmur”
Paytaxtdakı şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb. Həmin ətlərin konkret hansı şadlıq saraylarında qonaqlara verildiyi açıqlanmayıb. Bəs, bu ətlər hansı şadlıq evlərində qonaqlara təqdim edilib? Bakıda fəaliyyət göstərən şadlıq saraylarından birinin administratoru Sarvan Abdullayev bildirib ki, hazırda işlədiyi məkanda ət və ət məhsullarının hamısı sertifikatlıdır və yerli heyvanların ətləridir. O, həmçinin qeyd etdi ki, xüsusilə son günlərdə şadlıq evlərinə, o cümlədən onlara xaricdən gətirilən ətlər təklif edilir. Bu arada, AQTA-dan o da bildirilib ki, hazırda Agentlik ölkə üzrə ictimai iaşə obyektlərində və şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib. Qanunvericiliyin tələblərinə əməl etməyən müəssisələr barəsində inzibati tədbirlər görülür. Eyni zamanda, Agentlik istehlakçıları heyvan mənşəli ət məhsulları alarkən və ya ictimai iaşə müəssisələrində istehlak edərkən, müvafiq baytarlıq sənədlərinin mövcudluğunu tələb etməyə çağırır.
Şadlıq sarayları ilə bağlı AQTA tərəfindən son aylarda dəfələrlə monitorinqlər aparılıb, nöqsanlar aşkarlanıb və bu barədə ictimaiyyətə məlumat verilib. Bundan əvvəl də şadlıq saraylarında mənşəyi naməlum ətlərdən istifadə edildiyi, mətbəxlərdə anti-sanitar vəziyyət hökm sürdüyü bildirilib. Görünən budur ki, şadlıq saraylarının rəhbərlərini yalnız maddi qazanc maraqlandırır, hər gün artan toy qiymətləri müqabilində keyfiyyətli qida təqdim edib, keyfiyyətli xidmət göstərməyi lazım bilmirlər. Xüsusən hazırda mal-qara arasında dabaq xəstəliyinin yayıldığı bir vaxtda baytar nəzarətindən keçməmiş, yoxlanmamış, sertifikatı olmayan ətlərdən istifadə etmək təhlükəlidir və bunun ciddi fəsadları ola bilər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında qeyd etdi ki, ictimai iaşə obyektlərinin sanitar-texniki, eləcə də sanitar-gigiyenik normaların pozulması və nöqsanların aradan qaldırılmamasında əhalinin də “payı” var:

- Toy evini, bəy-gəlin tərəfi seçdikləri şadlıq sarayının təmizliyi, sanitar normalara nə dərəcədə riayət edildiyi heç vaxt maraqlandırmır. Toy sahibləri ancaq menyunu müzakirə edir, menyu qiymətləri ilə maraqlanır, hansı yeməyi ixtisar edək, hansını əlavə edək, artıraq, süfrəyə nə düzüləcək, necə düzüləcək. Bundan başqa toy sahibləri başqa heç bir şeylə maraqlanmır. Soruşurlar, ət hardandı? Administrator deyir, Beyləqandan, Tərtərdən, Bərdədən. Toy sahibi də sevinir. Amma düşünmür, ağlının ucundan da keçirmir ki, ətin baytar nəzarətindən keçdiyinə dair sənəd tələb etsin, sertifikata baxsın. Nə deyirlər, ona inanır. Əlbəttə, şadlıq sarayının rəhbərliyi vicdanlı adam, vicdanlı sahibkar olmalıdır, keyfiyyətsiz, yoxlanmamış ət məhsulundan istifadə etməməlidir. Bu, öz yerində. Bəs şadlıq sarayına ətək-ətək pul tökən şəxs niyə maraqlanmır pulu nəyə xərcləyir, nəyə sərf edir? Bəlkə elə bu ətlər xəstə heyvan ətidir? Fərqinə varmırlar. Toy edənlə şadlıq sarayı inzibatçısı arasındakı söhbətin əsas məzmunu masaya nələr veriləcək, menyu neçəyədi, nəyi menyudan çıxarmaq olar ki, qiymət bir az aşağı düşsün, buna bənzər məsələlər olur. Toy edənin mətbəxə baxış keçirməsi, qidaların, ərzağın saxlandığı yerə baxması, nadir hallarda baş verən hadisədi, bəlkə də ümumiyyətlə, belə hal baş vermir. Ona görə də toylarımızda zəhərlənmə halları tez-tez baş verir. Çünki qida təhlükəsizliyi normalarına riayət edilmir, vətəndaşlar da bu barədə bilgili deyillər, tələb etmirlər. İstehlakçılar hüquqlarını bilmir. AQTA müraciət edib vətəndaşlara ki, heyvan mənşəli ət məhsulları alarkən və ya ictimai iaşə müəssisələrində istehlak edərkən, müvafiq baytarlıq sənədlərinin mövcudluğunu tələb etsinlər. Heç olmasa, indiki zamanda, dabaq xəstəliyinin yayıldığı, təhlükə olduğu bir vaxtda insanlarımız diqqətli olsunlar, sağlamlıqlarına məsuliyyətlə yanaşsınlar, ət kəsimi, ət məhsullarının satışı ilə bağlı qanunsuzluğun baş alıb getməsinə göz yummasınlar. Bu, ilk növbədə bizim özümüzə lazımdır. Öz sağlamlığımız üçün vətəndaş məsuliyyətini dərk etməliyik.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Stubb və Tramp NATO ilə bağlı məsələləri müzakirə ediblər
21:05 01.04.2026
Dünya
İran İsraildəki ABŞ təyyarələrinə zərbələr endirib
20:50 01.04.2026
Dünya
Tramp İranla bağlı xalqa müraciət edəcək
20:34 01.04.2026
Dünya
İranın Ali lideri: Müqavimətə dəstək davam edəcək
20:17 01.04.2026
Gündəm
Tramp: NATO-dan iyrənirəm
20:00 01.04.2026
Dünya
SEPAH: Hörmüz boğazı açılmayacaq
19:37 01.04.2026
Region
Putin yeni qlobal ticarət marşrutunun siqnalını verir - ŞƏRH
18:44 01.04.2026
Gündəm
Portuqaliya Azərbaycanda səfirlik açacaq
18:40 01.04.2026
Siyasət
Əraqçi: İran atəşkəsi qəbul etmir
18:29 01.04.2026
Region
İranda 3 SEPAH zabiti öldürüldü
18:21 01.04.2026
Dünya
Qırğızıstanın Baş naziri Azərbaycana səfərə gəlib
18:14 01.04.2026
Siyasət
Mariya Zaxarova Ermənistanla bağlı xəbəri təkzib etdi
17:48 01.04.2026
Gündəm
NATO ABŞ olmadan fəaliyyət göstərə bilməz - RƏY
17:46 01.04.2026
Siyasət
Ermənistanda yeni Konstitusiyanın qəbulu müzakirə edildi
17:33 01.04.2026
Region
Tramp: İranda rejim dəyişdi
17:33 01.04.2026
Gündəm
Erməni kilsəsi casus şəbəkəsinə çevrilib - ŞƏRH
17:31 01.04.2026
Gündəm