Ajiotaja ehtiyac yox idi: “Toylara bir müddət icazə verilməli idi” – Türkiyə təcrübəsi...
Fidan Həmişəyeva
09:52 09.02.2021
Cəmiyyət
628
““İnsanlara “evlənməyin” demək olmaz. Biz mental toplumuq, ölkəmizdə nikahsız yaşamaq yoxdur”
“Heç olmasa, az adamla fiziki məsafəni qoruyaraq toy etməyə icazə verməlidirlər”
“Türkiyədə bir müddət toylara icazə verildi ki, boşluq doldurulsun. Ölkəmizdə də icazə verilib sonra qadağalar qoya bilərdilər”
Bakıda polis əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi ərazisində yerləşən restoranların birində xüsusi karantin rejim qaydalarını pozaraq toy məclisi keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı alınıb. Məclisdə iştirak edən 70-ə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb.Karantin qaydalarının pozulması təbii ki, yolverilməzdir. Bütün bunlar cəmiyyətdəki məsuliyyətsizlik və laqeydlikdən xəbər verir.
Bəs belə halların aradan qaldırılmasına dair hansı işlər görülə bilər?
Baş verənləri “Sherg.az”a dəyərləndirən sosioloq Sahib Altay bildirib ki, bu məsələni hüquqşünas şərh etsə, deyəcək ki, insanların qarşısına qayda qoyulub və həmin qaydalar pozulduğu üçün cərimələr tətbiq edilməlidir. Lakin belə əməllər yenə təkrarlanır. Deməli cərimə və qadağalar çıxış yolu deyil:
“Hər xalqın fərqli toy modelləri var. Bütün qızların arzusudur ki, gəlinlik geyinsin. Bu günümüzdə isə toyu biznes vasitəsinə çeviriblər. Eyni zamanda cəmiyyətimiz qanunvericiliyə meyilli deyil, məsuliyyətsiz yanaşırlar. İnkişaf etmiş ölkələrdə qanunvericiliyi sistem şəkildə təşkil edib insanların şüuraltına yeridiblər ki, qaydalarla yaşamaq daha asandır, beləliklə, sosial nizami təmin ediblər. Bizdə isə daha asan vasitə kimi qanunu pozmaq nəzərdə tutulur. Həm ali orqanlar buna imkan verir, həm də insanlar özü qanunu pozmağa meyillidirlər. Ölkəmizdə arzulanan və xoşagəlinən olmasa da, toyda istənməyən şəxslər iştirak edir. Pandemiya dünya təcrübəsində birinci hadisə deyil. Orta əsrlərdə də belə xəstəliklər olub. Həmin xəstəliklərdən bəziləri 4-5 il çəkib”.
Sosioloqun fikrincə, koronavirusun nə zaman yox olacağı bəlli deyil. Ona görə də insanlar öncədən təlimatlandırılmalı idi ki, pandemiya hələ uzanacaq və gedib hansısa formada evlənib, toylarını etsinlər:
“İnsanlara “evlənməyin” demək olmaz. Biz mental toplumuq, ölkəmizdə nikahsız yaşamaq yoxdur. Heç olmasa, az adamla fiziki məsafəni qoruyaraq toy etməyə icazə verməlidirlər. Bu qədər ajiotaja ehtiyac yox idi.
Amma Azərbaycanda elə bir düşüncə formalaşdırıblar ki, az qala bəy və gəlin libası geyinmək cinayətdir. İnsanlar haqqında belə radikal qərar qəbul etmək düzgün deyil. Məcbur edirlər ki, əhali qanunları pozsun.
Məsələn, Türkiyədə bir müddət toylara icazə verildi ki, boşluq doldurulsun. Ölkəmizdə də icazə verilib sonra qadağalar qoya bilərdilər. Amma bizdə bütün karantin protokollarından kənar bir karantin oldu. Yəqin ki, belə məsləhət biliblər.
Lakin insanlara müvafiq şərait yaradılmalıdır ki, qaydalar pozulmasınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya