Ali Baş Komandan: “Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb”
10:57 10.12.2020
Cəmiyyət
406
“Mən bir daha Azərbaycan xalqının qəhrəmanlığını dilə gətirmək istəyirəm”.
APA-nın məlumatına görə, bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.
Ali Baş Komandan deyib ki, mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib: “Bizim şəhərlərimizi ballistik raketlərlə, fosfor bombalarla, kaset bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş - onların arasında uşaqlar, qadınlar var - həlak olublar. 400-dən çox mülki vətəndaş yaralanıb, 5 mindən çox ev dağıdılıb, ya da o evlərə ziyan vurulub. Amma Azərbaycan vətəndaşı öz torpağından bir addım geri atmayıb. Dedilər ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik”.
Prezident İlham Əliyev qeyd edib ki, müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub: “Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarla, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz döyüş meydanına qayıdaq, öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Bu qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya