Aliment problemi: İcraçılar çətinlik çəkirlər – FOND TƏKLİFİ
Şəymən Bayramova
08:53 07.02.2020
Cəmiyyət
1015
Aliment problemi yaşayan xanımlar çoxdur və təəssüflər olsun ki, onların böyük əksəriyyəti problemin həllinə nail ola bilmir. Bu problemin öz həllini tapması üçün dövlət səviyyəsində real addımların atılması təklif edilir. Belə ki, bir neçə ildir, ölkəmizdə Aliment Fondunun yaradılması ilə bağlı danışıqlar gedir. Lakin ortada bir nəticə yoxdur.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da hesab edir ki, Aliment Fondunu yaradaraq alimentdən məhrum olub ehtiyac içində yaşayan uşaqların problemlərinin həllinə dəstək vermək mümkündür.
Bu barədə "Şərq"ə danışan hüquq müdafiəçisi hesab edir ki, Dövlət Aliment Fondu vasitəsilə həmin uşaqlar üçün vəsait ödəyə, sonra aliment ödəməyən valideynlərdən həmin pulları ala bilər:
"Bu təcrübədən dünyanın bir sıra ölkələrində istifadə olunur. Adətən belə fondlarda ilkin kapital dövlət vəsaiti hesabına formalaşır, sonradan özü-özünü maliyyələşdirir. Dünyada da bu cür fondlar fəaliyyət göstərir. Hər kəsə bəlli məsələdir ki, bir çox hallarda boşanmalardan sonra valideynlər, xüsusilə də atalar üzərlərinə düşəni yerinə yetirmirlər. Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində bəlkə də 10 minlərlə belə mübahisəli iş var. Hansı ki, icraçılar bunu həll etməkdə acizdirlər. Çünki aliment verməli olan şəxslərin bəzisi ya ölkəni tərk edib, ya da heç bir yerdə işləmir. Nəticə etibarı ilə qarşı tərəf ona kəsilən alimenti ala bilmir".
S.Məmmədov qeyd edir ki, dövlətin alimentin alınması ilə bağlı icra prosesində itirdiyi vəsaitlər fonda çəkilən xərcdən dəfələrlə çoxdur:
"Ona görə də dövlət birdəfəlik belə bir fond yaradıb ilkin vəsaiti qoysa, sonradan da onu geri alsa problemdə fundamental dəyişikliklər əldə olunar. Sadəcə olaraq bizim kommersiya qurumları bu cür fondlara maliyyə yardımı edəcəyinə ümid olmadığı üçün dövlətin üzərinə böyük öhdəlik düşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət