Alimlər havanı karbon qazından təmizləyən sistem hazırlayıblar
19:52 17.01.2021
Cəmiyyət
402
San Dieqoda yerləşən Kaliforniya Universitetinin yeni tədqiqatında alimlər karbon qazını (CO2) havadan çıxaran birbaşa havatutma sistemlərinin (DAC) inkişaf etdirilməsi üçün proqram hazırlayıblar.
AZƏRTAC bildirir ki, alınan nəticələrə görə, yeni proqram yaxın gələcəkdə istifadəyə verilsə, qlobal temperaturun səviyyəsi 2100-cu ilədək azala bilər.
Tədqiqatda dövlət maliyyə dəstəyinin CO2-ni havadan çıxaran DAC havatutma sistemlərinin inkişaf etdirilməsində rolu qiymətləndirilir.
San Dieqodakı Kaliforniya Universitetinin kiçik elmi işçisi Rayan Hanna söyləyib ki, firmalar tərəfindən yeni texnologiya ilə iş təcrübəsi tələb olunduğuna görə emissiyaların azaldılması istiqamətində görülən ənənəvi tədbirlərlə müqayisədə DAC sistemi daha baha başa gəlir.
Universitetin Strateji Əsaslar və Qlobal Siyasət Məktəbinin sənaye yenilikləri üzrə professoru, proqramın həmmüəllifi Devid Q.Viktor qeyd edib ki, CO2-nin atmosferdə konsentrasiyası o qədər də yüksək deyil ki, əvvəllər olduğu kimi, onun məhz azaldılması istiqamətində deyil, həm də tamamilə aradan qaldırılması üçün yeni üsullar axtarılsın.
Müəlliflər belə qənaətə gəliblər ki, CO2-nin birbaşa havada tutulması proqramı 2025-ci ildə istismara buraxılarsa və dünya ÜDM-dən 1,2-1,9 faiz miqdarında investisiya alarsa, o zaman bu sistem 2050-ci ilədək atmosferi 2,2-2,3 gigaton emissiyadan təmizləyə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm