Altı prokurorluq əməkdaşı məhkəmə hakimi vəzifələrinə təyin olunub
Yusif Nəzərli
14:31 04.06.2025
Cəmiyyət
461
Hakimlik vəzifələrinə seçilmə ilə bağlı keçirilmiş müsabiqədə uğur qazanan 6 prokurorluq əməkdaşı Azərbaycan Respublikasının Prezidentinin 3 iyun 2025-ci il tarixli sərəncamı ilə birinci instansiya məhkəmələrinin hakimləri təyin olunublar.
Baş Prokurorluqdan Sherg.az-a bildirilib ki, sərəncama əsasən, Baş Prokurorluq və Hərbi Prokurorluğun müxtəlif struktur bölmələrində, habelə rayon prokurorluğunda çalışmış Tural Musayev və Kamal Babayev Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, Emin Fətəliyev Qaradağ Rayon Məhkəməsinin, Fidan Ələkbərova Ağdaş Rayon Məhkəməsinin, Şahəddin Kələntərov Salyan Rayon Məhkəməsinin, Səbuhi Səfərov isə Beyləqan Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin ediliblər.
Bu münasibətlə 4 iyun 2025-ci il tarixində Baş Prokurorluğun inzibati binasında təntənəli tədbir keçirilib. Tədbirə Baş prokurorun birinci müavini Elçin Məmmədov rəhbərlik edib.
Çıxışı zamanı Elçin Məmmədov yeni təyin olunmuş hakimləri təbrik edərək onların uzun illər ərzində prokurorluq orqanlarında göstərdikləri səmərəli fəaliyyəti, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə və insan hüquqlarının müdafiəsi sahəsindəki xidmətlərini yüksək qiymətləndirib. O, Baş prokuror Kamran Əliyev tərəfindən imzalanmış Prokurorluğun Fəxri Fərmanlarını təqdim edərək onlara yeni vəzifələrində uğurlar arzulayıb.
Tədbir çərçivəsində iştirakçılar səmimi söhbətlər aparıb, xatirələrini bölüşüb və xatirə şəkli çəkdiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Küveyt ordusu İran dronlarını məhv etdi
16:14 31.07.2026
Dünya
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
15:51 31.07.2026
Elm və Təhsil
NATO Avropada nüvə silahlarının artırılması planı üzərində işləyir
15:09 31.07.2026
Dünya
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət