Analar tənbəllik edir: Uşağı doğum evindəcə süni qidaya öyrədirlər, fəsadlar yaranır
Şəymən Bayramova
10:28 14.02.2020
Cəmiyyət
1279
Adətən pediatrlar körpələrə ana südü verilməsini məsləhət görsələr də, hazırda körpəsinə süni qidalar verən analar az deyil. Mağazalarda da çeşid-çeşid süni qidalar var. Qiymətləri isə "əl yandırır".
Həmçinin də süni qidaların mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olması, uşaqların inkişafına pis təsir göstərməsi ilə bağlı iddialar var.
Valideynlərin də süni qidalara münasibəti müxəlifdir. Onların bir qismi bu qidalardan razı olsa da, narazı olanlar da kifayət qədərdir.
Övladına uyğunlaşdırılmamış qidanı verən valideyn yeməkdən sonra uşaqda qəbizlik və ya ishal kimi problemlərin üzə çıxdığını deyir. Süni qidalar bəzən də allergik reaksiyalar yaradır. Bu isə süni qidaların tərkibini şübhə altına salır. Zərəli maddələrin olma ehtimalına əsas verir.
Pediatr Xanım Bəkirova isə "Şərq"ə açıqlamasında deyib ki, süni qidaların tətkibində hansısa ziyanlı maddə yoxdur, sadəcə valideynlər düzgün seçim etmir:
"Süd zülalı allergiyası olan uşağa adi hidroliz olunmamış qida verildiyində ishal və ya qəbizlik, qusma kimi hallar verir. Bu zaman ya həkim tərəfindən ya da valideynin özü kor-koranə şəkildə bir neçə qidanı sınaqdan keçirir. Əslində, normal həkim həmin anda hansı qidanın təyin olunmalı olduğunu bilməlidir. Çox təəssüf ki, bir çoxları bu işin biznes tərəfini düşündüyüyndən qidalar haqqında tam məlumatlı deyillər. Təbii ki, mənim valideynlərdən övladlarını, israrla ana südü ilə qidalandırması tələbim var. Amma uşağı doğum evindəcə süni qidaya öyrədirlər, körpə butulkadan rahatca yeməyə üstünlük verir. Təbii ki, burada bəzi analarımızın da tənbəlliyi istisna deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət