Anar Kərimov Türkiyədə rəsmi səfərdədir
04:25 01.03.2021
Cəmiyyət
494
Bu gün Ankarada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun ikitərəfli və heyətlərarası görüşü keçiriləcək.
APA-nın yerli bürosunun xəbərinə görə, görüşdən sonra ilk dəfə iki ölkə arasında Azərbaycan-Türkiyə mədəniyyət əlaqələri üzrə Birgə Hökumətlərarası Komissiyanın birinci iclasının protokolu imzalanacaq.
Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə 9 nəfərlik heyət 28 fevral-3 mart 2021-ci tarixlərində Ankara və İstanbulda ölkələrarası mədəni əlaqələrin inkişafı üzrə müxtəlif rəsmi görüşlər keçirəcək. Heyət iki ölkə arasında mədəniyyət, incəsənət sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün araşdırmalar aparacaq.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il fevralın 11-də “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişi təsdiq edib. Saziş 25 aprel 2018-ci il tarixində Ankarada imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya