Arıqlama çayları, yoxsa ölüm mənbəyi ? – “Təhlükəlidir” – “Yox” deyək !
Fidan Həmişəyeva
15:32 22.06.2020
Cəmiyyət
1197
“Möcüzəli təsir vasitəsi kimi təqdim edilən çayların faydadan çox zərəri var”
“Arıqlama çaylarının bəzisi beyinə təsir göstərir və sonradan insanlarda asılılıq yaranır”
“Gələcəkdə mədə xorası və qastirt yarada bilər”
İdman və pəhriz saxlamaq kimi sağlam yollar olsa da, tənbəllik edən bir çox xanımlar daha asan üsullara əl atır, dərmanlardan istifadə edirlər. Televiziya kanallarında, küçədə reklam lövhələrində belə dərmanların reklamı heç də az getmir. Bakı şəhərində olduğumuz bir çox aptekdə arıqlama vasitəsi olan müxtəlif adlarda bitki çayları, kofelər və digər vasitələr satılır.
İdmana tənbəllik edən, pəhrizlərə iradəsi və səbri çatmayanlar reklamlarda az qala möcüzəli təsir vasitəsi kimi təqdim edilən dərmanlara, xüsusi çaylara, kofelərə, bioloji aktiv maddələrə üz tutur. Onlar bu vasitələrlə çox sürətlə arıqlamaq istəyirlər. Satıcı hər nə qədər “zərərsizdir” desə də istifadə edənlərin də ürəyində şübhələr qalır. Arıqlama çaylarının şişirdildiyi təqdirdə faydadan çox zərəri var.
Dietoloq-həkim Şəfa Yadigarova “Sherg.az”a açıqlamasında bildirdib ki, arıqlama çaylarından və digər vasitələrdən birmənalı şəkildə uzaq durmaq lazımdır. Onun sözlərinə görə, arıqlama çayları insan orqanizmi üçün olduqca təhlükəlidir:
“Bəzən insanlar arıqlamaq üçün yüngül və asan üsullara əl atırlar. Bu üsullar həm zərərli, həm də faydasızdır. Müxtəlif arıqlama çaylarına, kofelərə və dərmanlara sözün həqiqi mənasında “yox” deyirəm. Çünki bir insanda kilo problemi varsa, anlamaq lazımdır ki, bu problem heç vaxt öz-özünə yaranmır. Çəki problemi ya psixoloji durumla, ya hormonal pozuntularla, ya da bədəndə müəyyən vitaminlərin və minerallarına çatışmazlığı, fiziki aktivliyin olmaması ilə bağlıdır. Məsələn həddindən artıq yemək amma az hərəkət etmək. Bu faktorlardan irəli gələrək kilo problemi ola bilər. Amma insanlar çay içib arıqlamaq istəyirlər, unudurlar ki, həmin çaylar kimyəvi tərkiblidir”.
Dietoloq qeyd edib ki, arıqlama çaylarının bəzisi beyinə təsir göstərir və sonradan insanlarda asılılıq yaranır:
“Məsələn elə insanlar düşünür ki, “hər bir şey yeyim, sonra arıqlama çaylarından içib arıqlayaram”. Lakin insan sağlam şəkildə qidalanmalıdır, qida insanın həyat tərzi olmalıdır. Müəyyən arıqladıcı vasitələrin tərkibində kofeinlər və digər qatqılar var. Məsələn onkoloji ya da mioma, fibroma, kista kimi xəstəliklər varsa, bu arıqladıcı vasitələr xəstəliyə birbaşa təkan verir. Çünki arıqlama vasitələri beyinə impuls çatdırır və insanda doyum hissi yaradır, bu da hormonlara mənfi təsir göstərir.
Qarın işlədici çaylar da olur, onlar bədəndəki müəyyən mineralları, duzları, vitaminləri yuyur. Təbii ki, vitamin və mineral çatışmazlığı varsa, nə yesək də bağırsaqdan sorulmayacaq. Bu da insanda ikiqat aclığa səbəb olur. Bu zaman insan aşırı çox yeyir”.
Ş.Yadigarovanın sözlərinə görə, arıqlama çayları gələcəkdə mədə xorası və qastirt yarada bilər:
“Ona görə də belə çayların və digər arıqlama vasitələrinin qəbulunu məsləhət görmürəm. İlk növbədə artıq çəkinin nə ilə bağlı olduğunu araşdırmaq lazımdır. Dha sonra arıtq çəkisi olan şəxsə müəyyən proqram tətbiq olunur, bu proqram insanın həyat tərzinə çevrilir və sağlam qidalanaraq sağlam arıqlamağa başlayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya