ARTE telekanalı erməni vəhşilikləri ilə bağlı reportaj yayımlayıb VİDEO
13:11 12.12.2020
Cəmiyyət
395
Gəncə şəhəri. Ermənistan cəbhə bölgəsindən uzaqda yerləşən bu şəhəri ballistik raketlə hədəfə alıb. Oktyabrın 17-də raket hücumundan sağ qalan şahidlər danışırlar ki, bir evdə 5 nəfərlik, bir evdə isə 4 nəfərlik ailənin bütün üzvləri həlak oldular. Digər 5 nəfərlik ailədən yalnız kiçik qız sağ qalıb. Həmin gecə dəhşətli idi. Uşaqlar həlak oldular. Gecə insanlar yatan zaman Ermənistan ballistik raketlə şəhərin yuxuda olan dinc sakinlərini hədəfə aldı.
AZƏRTAC xəbər verir ki, bu sözlər Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE-də yayımlanan reportajda yer alıb.
Reportajda Gəncədə raket zərbələri endirilən məhəllənin sağ qalan sakinləri həmin dəhşətli gecədə baş verənləri danışırlar. Onlar hər gün dağıntılar olan yerə gələrək həlak olmuş yaxınlarının xatirəsini yad edirlər.
Gəncə şəhərindən başqa ARTE kanalının çəkiliş qrupu işğaldan azad edilmiş Füzuli rayonunda da olub, ermənilərin burada törətdikləri dağıntıları lentə alıblar.
Reportajda məşhur fotoqraf Reza Deqatinin fikirləri də yer alıb. Bildirilir ki, 1990-cı illərdə Ermənistan Azərbaycan torpaqlarını işğal edən vaxt Reza Deqati müharibədən çəkilişlər etdiyi üçün hadisələr ona daha aydındır. O deyir: “Çəkdiyim bütün şəkillər sənədləşdirilərək arxivlərdə saxlanılmalıdır. Hər bir şəkil danışır, məlumat verir”. Fotoqraf 90-cı illərdə Füzuli sakinlərinin başlarına gətirilən bir hadisəni danışır: “Füzuli sakinləri döyüşlər zamanı avtobusa minib getmək istəyiblər. Ancaq ermənilər avtobusu saxladıb, qadınların bəzək əşyalarını, əllərindəki çantalarını, hətta ayaqqabılarını alıblar. Sonra ermənilər dinc sakinləri arxadan atəşə tutublar. Sürətlə qaçan sakinlərdən bəziləri sağ qalıb. Tarix həmişə dərslər verir və məlumatlar qalır, sadəcə, gözlərimizi geniş açmalıyıq ki, onları görə bilək. Mən digər müharibə zonalarında da olanda eyni hissləri yaşamışam, eyni əzabları çəkmişəm. İnsan əzablarını görəndə mənə çox pis təsir edir”.
Avropalı jurnalistlər erməni ballistik raketlərinin digər hədəfləri olan Tərtər və Bərdə şəhərlərində də olublar. Onlar reportajda həmin şəhərlərdə törədilən dağıntılar, həlak olanlar barədə məlumat veriblər.
Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı xalqa müraciətindən kadr da təqdim edilir. Həmçinin Gəncə sakininin Şuşanın azad olunması ilə bağlı sevinc göz yaşları içində dediyi bu sözlər diqqətə çatdırılır: “Çox sevinirəm. Qarabağ Azərbaycan torpağıdır. Torpaqlarımızı azad etmişik”.
Reportajın sonunda Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları Bəyanatdan da bəhs olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət
Gürcüstan yeni Katolikos-Patriarxını seçir
13:19 11.05.2026
Cənubi Qafqaz