Artıq xəstəxanalarda yer boşalır
Şəymən Bayramova
09:41 21.07.2020
Cəmiyyət
817
Artıq müvafiq qurum yavaş-yavaş yumşalma tədbirlərinə keçmək haqqında düşünə bilər. O şərtlə ki, insanlarımız bundan rahatlanıb əvvəlki səhvləri təkrarlamasınlar
Biz artıq əmin olduq ki, izolyasiya qaydalarına riayət olunduqca, yayılma arealı zəifləyir
Artıq bir neçə gündür koronavirusa yoluxmada müsbət dinamika müşahidə olunur. Sağalanların sayı yoluxanları üstələyir. Təbii ki, bu, virusun bitdiyi anlamına gəlməsə də, qeydə alınan müsbət dəyişikliklər pandemiya ilə mübarizədə dövlət tərəfindən atılan addımların düzgün olduğunu göstərir.
Virusun əvvəlki qədər aqressiv olmadığını qeyd edən həkimlər isə hesab edir ki, infeksiya tamamilə yox olana qədər maska, sosial məsafə və şəxsi gigiyena qaydalarına mütləq şəkildə əməl edilməlidir.
İnfeksionist-hepatoloq Mərdan Əliyevin "Şərq"ə açıqlamasına görə, son aylarda pandemiyaya yoluxanların sayı çoxaldığı üçün insanlarda COVİD-19-un varlığına və təhlükəli infeksiya olduğuna dair inam formalaşıb:
"2 ay öncəsinə qədər insanların çoxu pandemiyaya inanmadığı üçün yoluxma sayı bu həddə qədər yüksəlmişdi. Artıq vəziyyət nəzarətdən çıxmağa doğru getdiyi üçün virusa yoluxma sayının azalması üçün maksimum tədbirlər görüldü, ardıcıl sərt karantin tətbiq olundu və xüsusən də maarifləndirmə tədbirləri gücləndirildi.
Biz həmişə deyirdik ki, fərdi şəkildə insanlar tərəfindən karantin və gigiyena qaydalarına əməl olunmasa, dövlət tərəfindən görülən işlərin nəticə verməsi çətindir. Bu gün yoluxma sayında müşahidə olunan müsbət dinamika da məhz insanların fərdi şəkildə karantin qaydalarına əməl etmə vərdişlərinin formalaşması ilə bağlıdır.
Sağalanların sayında müşahidə olunan artım isə dövlət tərəfindən həyata keçirilən tədbirlərin effektivliyi ilə əlaqədardır. Virus dövlət tərəfindən düzgün idarə olunması nəticəsində artıq xəstəxanalarda yer boşalır. Bu mənada artıq müvafiq qurum yavaş-yavaş yumşalma tədbirlərinə keçmək haqqında düşünə bilər. O şərtlə ki, insanlarımız bundan rahatlanıb əvvəlki səhvləri təkrarlamasınlar.
Biz artıq əmin olduq ki, izolyasiya qaydalarına riayət olunduqca, yayılma arealı zəifləyir. Belə olan halda bir növ həndəsi silsilə ilə azalmağa doğru gedir. Əksi baş verdikdə isə virus daha aqressiv şəkildə özünü büruzə verir.
Necə ki, may ayında karantin qaydalarında yumşalma prosesinin icrasına başlandıqdan sonra virusa yoluxanların sayında xeyli sayda artım müşahidə etdik və bu dinamika son bir həftəyə qədər davam edirdi.
Statistikada yoluxma sayı 500-600 arası göstərilsə də, biz onu beşə vurub real yoluxma sayını müəyyən edirdik. Bir neçə dəfə də qeyd etdiyimiz kimi, ictimaiyyətə yalnız müvafiq laboratoriyalarda qeydiyyata düşüb analiz verən şəxslərin yoluxması ilə bağlı məlumat verilir. Halbuki, infeksiyaya yoluxanların böyük əksəriyyəti həkim nəzarətində evdə müalicə olunur.
Bir hissəsi isə nə həkimə, nə də xəstəxanaya müraciət etmədən qohum-qonşudan öyrəndiyi reseptlə özünü sağaltmağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol