“Asiya İnkişaf Bankı ilə əməkdaşlığımız çox mühümdür”
Turan
10:01 04.06.2020
Cəmiyyət
891
“Ölkəmizin bu bankla münasibətləri Azərbaycana və regiona xeyir verir”
“Asiya İnkişaf Bankının rəhbərliyi ilə Prezident İlham Əliyev arasında keçirilən görüşdə bir sıra mühüm məsələlər müzakirə olunub”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Deputat vurğulayıb ki, Azərbaycanla Asiya İnkişaf Bankı arasında münasibətlər yüksəkdir:
“Bank Azərbaycanda bir sıra sahələrə, xüsusən də qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafına kreditlər ayırıb. Azərbaycan tərəfi Asiya İnkişaf Bankının fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Ölkəmizin bu bankla əməkdaşlığı həm Azərbaycana, həm də regiona xeyir verir.
Asiya İnkişaf bankı Azərbaycanda bir sıra layihələri maliyyələşdirməklə yanaşı, həmçinin Cənub Qaz Dəhlizi layihəsini birmənalı müdafiə edir. Buna görə də Azərbaycanın bu qurumla əməkdaşlığı çox mühümdür. Dövlət başçısı da çıxışında bildirdi ki, dünyada koronavirus pandemiyası yayıldığı bir vaxtda Azərbaycanın buna qarşı mübarizə tədbirlərində mühüm addımlar atır. Bank rəhbərliyi də bu prosesdə Azərbaycanın gördüyü işləri alqışladı.
Cənab Prezident görüşdə bildirdi ki, Azərbaycan heç bir sosial proqramını ixtisara salmayıb. Prosesdən nisbətən az zərərlə çıxmaq və vətəndaşlara yardım üçün 2 milyard avrodan artıq vəsait ayrılıb. Bu çox mühüm addımdır. Dövlətimiz pandemiya dövründə də vətəndaşının, sahibkarının yanında oldu, kompensasiya ödəməkdən çəkinmədi. Həmçinin, Azərbaycan dövləti koronavirusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon manat yardım edib və bu yardım dünyanın 14 ölkəsinə paylanıb”.
Parlament üzvü qeyd edib ki, ümumilikdə Azərbaycan pandemiya dövründə 30-dan artıq ölkəyə yardım edib:
“Azərbaycan heç bir dövlətə, beynəlxalq quruma yardım üçün müraciət etməyib. Halbuki, dünyanın 150-dən artıq dövləti pandemiya dövründə Ümumdünya Səhiyyə Təşkilatına yardım üçün müraciət edib. Ölkəmiz gördüyü qabaqlayıcı tədbirlər nəticəsində koronavirusdan çox az itkilər verib. Bu faktları Asiya İnkişaf bankı da, Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlar da alqışlayır. Azərbaycanı digər dövlətlərə nümunə kimi göstərir.
Pandemiya dövründə bütün dünya Azərbaycanın bu xəstəliyə qarşı mübarizə gücünü gördü. Bank rəhbərliyi Azərbaycana inandığı üçün kredit və zəmanətlər infrastrukturuna investisiya yatırmağa qərar verib. Bank Azərbaycanda pandemiya ilə mübarizə sahəsində atılan addımları yüksək qiymətrləndirib və bu addımları dəstəklədiyini bəyan etdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünya "üçüncü yol" axtarışında Türkiyəyə yönəlir - TƏHLİL
17:21 20.04.2026
Gündəm
Kremldən xəbərdarlıq: Hörmüzdə vəziyyət nəzarətdən çıxa bilər
17:06 20.04.2026
Gündəm
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
16:58 20.04.2026
Texnologiya
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü - YENİLƏNDİ
16:45 20.04.2026
Gündəm
Leysan, sel, yanğın zamanı evə dəyən zərəri kim ödəməlidir?
16:27 20.04.2026
İqtisadiyyat
İrəvan-Astana-İrəvan marşrutu üzrə uçuşlar başlayıb
16:11 20.04.2026
Aktual
AzTV-də struktur islahatı gedir: nələr dəyişir?
16:01 20.04.2026
Media
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
15:40 20.04.2026
Gündəm
Çin lideri: Hörmüz boğazı açıq qalmalıdır
15:24 20.04.2026
Dünya
Robotlar insanları keçdi: Marafonda rekord qırıldı
15:03 20.04.2026
Texnologiya
Ermənistan Ordusunun generalı axtarışa verildi
14:57 20.04.2026
Region
Macarıstanın yeni hökumətində hazırkından daha çox nazir olacaq
14:56 20.04.2026
Dünya
Paşinyan: Ermənistan KTMT-də fəaliyyətini bərpa etməyəcək
14:55 20.04.2026
Region
Macarıstanın ən gözəl qadını parlament sədri olacaq
14:31 20.04.2026
Gündəm