Aşura günü kimlər nə qədər qan verə bilər?
Yusif Nəzərli
21:32 02.07.2025
Cəmiyyət
582
"Bir insanın ildə neçə dəfə qan verə biləcəyi tibbi normalar və insan orqanizminin bioloji xüsusiyyətləri nəzərə alınaraq qanunvericiliklə və klinik protokollarla tənzimlənir".
"Medicina" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Qan Bankının həkim-terapevti Günel Əliyeva bildirib.
Qanvermə intervalı kişilərdə hər üç aydan bir olmaqla ildə dörd dəfə, qadınlarda isə dörd ay fasilə ilə ildə üç dəfə olmalıdır:
"Bu fərq fizioloji səbəblərlə, xüsusilə qadınlarda aylıq menstrual qan itkisi və ümumi hemoqlobin ehtiyatlarının fərqliliyi ilə izah olunur. Plazma donorluğuna gəlincə, plazma donorları ildə 12-15 dəfəyə qədər plazma verə bilərlər, aralıq isə ən azı iki həftə olmalıdır. Bu prosesdə yalnız plazma alınır, digər hüceyrələr geri verilir. Buna görə də bədən daha tez bərpa olunur. Trombosit donorluğuna isə ildə 10-12 dəfə icazə verilir".
"Çəkisi 50 kq və boyu 150 sm-dən artıq olan şəxslərin donorluğuna icazə verilir. Mütləq ilkin həkim müayinəsi (qan təzyiqi, hərarət, çəki, antropometrik göstəricilər, anamnestik sorğu) və laborator test (HB səviyyəsi kişilərdə 135-180, qadınlarda 125-165 q/l) aparılır. Kriteriyalara uyğun şəxslər donor ola bilərlər. Donorluğa mütləq və nisbi əks-göstərişlər var. Bunu donoru müayinə edən həkim müəyyən edir, donorluqdan kənarlaşdırma və ya donorluğa icazəni də o müəyyən edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya