“Avropa Məhkəməsi erməni lobbisinin əlində alətə çevrilib” – AKTUAL
Turan
08:56 27.05.2020
Cəmiyyət
830
"Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ramil Səfərovun əleyhinə qərar çıxarmaqla işğalçı ölkənin zabitinin hüquqlarını işğala məruz qalmış ölkənin zabitinin və bütün məcburi köçkünlərimizin hüquqlarından üstün tutdu".
Bu sözləri "Sherg.az"a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, AİHM bir insanın haqqına görə yüzminlərlə insanın haqqına girdi:
"Avropa Məhkəməsi Ermənistan hökumətinin və xaricdəki erməni lobbisinin əlində alətə çevrildi. Ermənilər AİHM-i öz çirkin siyasi məqsədləri üçün rüsvayçı şəkildə istifadə etdilər. Ramil Səfərovla bağlı qərar ilk növbədə Avropa Məhkəməsinin öz imicinə ağır zərbə vurdu. AİHM bundan belə bizim qarşımızda “ədalət nağılları” oxuya bilməz! İndi ermənilər AİHM-in bu qərarına görə eyforiyaya qapılıb, sevincək olublar. Onları hardasa başa düşmək olar. Çünki düşmən düşməndir. Düşmən ən kiçik uğurunu da böyük bir qələbə kimi təqdim edir. Ancaq mən bizim öz daxilimizdəki bir qrup “humanist”lərin mövqeyini heç cürə başa düşə bilmirəm. Onların arasında siyasətçilər də, QHT fəalları da, blogerlər də var. Və bu adamların əcaib məntiqinə görə Ramil Səfərov "səhv" edib. Onlar hesab edir ki, Ramil Səfərov erməni zabitinin üzərinə balta qaldırmamalıymış. Bu xəstə “məntiq”dən isə belə çıxır ki, Ramil onu təhqir edən, dövlət bayrağımıza söyən yaramaz erməninin üzünə gülümsəyib keçməliymiş..".
Analitik vurğulayıb ki, bu cür “məntiq” yiyələrini, ifrat “humanist”ləri doğrudan da heç cürə başa düşmək mümkün deyil:
"Bunlar necə deyərlər, özlərini Roma Papasından da qatı katolik kimi təqdim etməyə çalışırlar. Ermənilərə qarşı ermənilərin özlərindən daha artıq canıyananlıq göstərməyə can atırlar. Mənim bu cür dırnaqarası “humanist”lərə, “pasifist”lərə sözüm budur ki, tutduğunuz yanlış və antimilli mövqeyinizə görə sizə ayıb olsun! Hesab edirəm ki, bu gün hamımız Ramil Səfərova mənəvi dəstək olmalıyıq. Onu qınamaq, onun hərəkətində səhv axtarmağa çalışmaq qəhrəmanlıq deyil, aşağılıqdır".
Ə.Hüseynov vurğulayıb ki, Ramil Səfərova əsl qiyməti vaxtilə cənab Prezident özü verib:
"Dövlət başçısı bizim cəmiyyət olaraq Ramilə necə yanaşmalı olduğumuzu öz şəxsi nümunəsi ilə göstərib. Prezident İlham Əliyev Ramil Səfərovu böyük çətinliklərdən sonra Vətənə gətirməklə və onu əfv etməklə tarixi addım atıb. Heç kimə sirr deyil ki, Ramil Səfərov öz zabit şərəfini qoruyub və erməni zabitini qətlə yetirib, Ermənistanın işğalçı siyasətinə özünəməxsus formada münasibətini bildirib. Ramil Səfərovun yerində olsaydım mən də eyni addımı atardım. Və bu addıma görə əslində Ramil Səfərova anlayışla yanaşılmalıydı, onu həbs etməməliydilər. Lakin Ramil Macarıstanda 8 il həbsxana həyatını yaşamalı oldu. Sonra isə Prezident tərəfindən haqlı olaraq əfv edildi. Mən Prezidentimizin Ramil Səfərovla bağlı hələ ilk günlərdən tutduğu mövqeyini və siyasi iradə nümayiş etdirərək onu Vətənə gətirməsini, əfv etməsini tariximizə qızıl hərflərlə yazılacaq hadisələrdən biri hesab edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya