"Avtobus sürücüləri arasında narkotik aludəçiləri var" - Ekspert
Fidan Həmişəyeva
12:58 04.03.2021
Cəmiyyət
737
““BakuBus” - sizi gələcəyə aparır” - bu şüarla həyatımıza daxil olan avtobus sürücülərinin mənfi hərəkətləri artmaqda davam edir. Bir neçə gün əvvəl “BakuBus”un sürücüsü vətəndaşa etdiyi əxlaqsız jestlə gündəmə gəldi. Avtobus sürücüsü ondan yol istəyən vətəndaşı təhqir edib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev belə hallar baş verən zaman bir də bu cür xoşagəlməz durumların yaşanmayacağına ümid etdiyini deyirdi. Biz də ümid edirdik. Amma deyəsən yanılmışıq. “BakuBus” sürücüləri işə götürməzdən əvvəl onlara “təlim” keçir. Bu sürücünün isə təlimdən öyrəndiyi yəqin ki, göstərdiyi jest olub.
Hadisəni “Sherg.az”a şərh edən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, “BakuBus” sürücüləri işə götürməzdən öncə onları müvafiq testlərdən keçirir:
“Düşünürəm ki, sürücülərlə bağlı xoşagəlməz halların yaşanmaması üçün onlarla psixoloji söhbətlər aparılmalıdır. Belə söhbətlər sürücülərin iş keyfiyyətini artıra bilər.
Avtobus sürücüləri gün ərzində yüzlərlə insanın təhlükəsizliyinə cavabdehdir. Ona görə də onlar neqativ hərəkətlərə yol verməməlidirlər. Dünya praktikasında da sürücülərin psixoloji yoxlamalardan keçməsi var.
Onların həyat tərzi, keçmişi dəqiq yoxlanılır. Ölkəmizdə də bu təcrübədən yararlanmaq lazımdır. Çünki avtobus sürücüləri arasında narkotik aludəçiləri, keçmişi qaranlıq olan insanlar var.
Düzdür, əvvəlki illərə nisbətən yaxşı nəticələr əldə olunub. Belə şəxslərin əksəriyyəti işdən kənarlaşdırılıb. Amma dəfələrlə təkliflər vermişik ki, avtobus sürücüləri ilə bağlı vahid bir sistem yaradılmalıdır.
BNA da bu təklifləri dəstəkləyib. Həmin sistemdə sürücülərə aid bütün məlumatlar qeyd olunmalıdır. Bir sürücü neqativ əməlinə görə işdən çıxarılırsa, bu məlumatlar avtomatik olaraq sistemdə əks edilməlidir.
Daha sonra həmin sürücü başqa şirkətə iş üçün müraciət edəndə onun bütün məlumatlarını sistem vasitəsilə əldə etmək mümkün olur. Sürücü adının “qara siyahıya” düşəcəyini təxmin etdikdən sonra, belə əməllərə yol verməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat