"Az qalıb, bizdə də olacaq" – Bakıda trolleybusların bərpasına ehtiyac varmı?
Şəymən Bayramova
13:46 20.02.2020
Cəmiyyət
1192
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev trolleybus şəkili paylaşıb və foto üzərində "az qalıb, bizdə də olacaq" - yazıb. Daha sonra M.Ağayev sosial şəbəkə istifadəçilərinə "sizcə Bakıda trolleybus lazımdır?" - deyə sual ünvanlayıb. Onun paylaşımı Bakıya yenidən tramvayların qayıdacağına dair cəmiyyətdə yenidən ümid yaradıb.
İqtisadçı ekspert Pərviz Heydərov deyib ki, sərnişindaşıma sahəsində yüksək keyfiyyətli xidmətə nail olmaq, bütün növ nəqliyyat xidmətlərindən istifadə etmək demək deyil:
"Son illər ərzində Azərbaycanda infrastruktur layihələrinə böyük məbləğdə vəsait yatırılıb. Bakı və respublikanın digər şəhərlərində nəqliyyat infrastrukturunun və sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması sahəsində müvafiq addımlar atılır. Bütün lazımi texniki vəsaitlər ölkəyə gətirilib. İnkişaf etmiş Avropa ölkələrində, qardaş Türkiyədə bu işlərlə bilavasitə yerli idarəetmə orqanları məşğul olduğu halda, Azərbaycan Prezidenti o qədər iş-gücün arasında bu sahəyə xüsusi diqqət göstərir. Vətəndaşların ictimai nəqliyyatdan narazılığının aradan qaldırılması üçün bu istiqamətdə yeridilən dövlət siyasətinə bilavasitə özü rəhbərlik edir. Dövlət büdcəsindən də bu sahəyə müvafiq vəsaitlər ayrılır. Bütün bunların müqabilində əlavə bir nəqliyyat xidmətinin yaradılması üçün əsaslandırma olmalıdır.
Dəmiryolu sahəsində inqilabi dəyişikliklər olub. Bakıdan Gəncəyə, Bakıdan Sumqayıta müvafiq sürət qatarları açılıb. Yeni avtomabil yolları salınıb, mövcud yollar genişləndirilib. Sistemli bir araşdırma aparılmalıdır ki, atılan bu addımlar nəqliyyat sahəsindəki sıxlığın aradan qaldırılmasında nə kimi töhfə verib?! Aidiyyatı qurumlar hesabat yaysın ki, Bakı- Sumqayıt qatarının açılması sərnişindaşıma sahəsinə nə kimi fayda verib?! Həyata keçirilən layihələrin, görülən işlərin effekivliyini təhlil etmədən əlavə bir nəqliyyat infrastrukturunun təşkilini məqsədəuyğun hesab etmirəm".
Sovetlər vaxtında Bakıda tramvay, trolleybus xəttlərinin olduğunu xatırladan iqtisadçı, müstəqilliyin ilk illərində həmin xəttlərin və bütünlükdə infrastrukturun ləğv olunduğunu deyib:
“Həmin tramvay xətləri niyə ləğv olundu? Bu gün niyə ona ehtiyac duyulur? Bütün bunlar geniş müzakirə mövzusudur. Bir iqtisadçı olaraq, trolleybusların yenidən bərpası üçün dövlət büdcəsindən vəsait sərf edilməsinə ehtiyac duymuram. Bəlkə də ehtiyac var, bunun üçün müvafiq əsaslandırma göstərməli və bizi inandırmalıdırlar. Mövcud şəraitdə yol nəqliyyat infrastrukturunun təkilləşdirilməsi üçün müvafiq addımlar atılsa da, kompleks yanaşma yoxdur. Müasir standartlara cavab verən avtobusların, taksilərin alınıb gətirməsi hələ problemin həlli demək deyil. Görülən işlərin bəhrəsinə dair hesabat versinlər görək, Bakıda tıxacların və ictimai nəqliyatda sıxlığın aradan qaldırılması üçün atılan bu addımlar effektivdirmi? Birmənalı olaraq, paytaxtda trolleybusların bərpasının əleyhinə çıxmıram. Amma ortada bir əsaslandırma olmadan dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılmasının tərəfdarı deyiləm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm