Az ye, canın ağrımasın
Şəymən Bayramova
12:14 18.07.2020
Cəmiyyət
753
Problem çipsilərin tərkibində deyil, miqdarındadır
Dietoloq İvan Alimenkonun fikrincə, çipsilərin zərərli qida olması yanlış məlumatdır. Xarici mətbuatdan əldə etdiyimiz bu məlumata görə, çipsilərdən normal miqdarda istifadə etməyin orqanizm üçün heç bir təhlükəsi yoxdur.
Mütəxəssisin sözlərinə görə, piylənmə və aterosklerozdan əziyyət çəkən şəxslər tərkibində duz çox olan çipsilərdən imtina etməlidirlər: "Çipsilərin əsas problemi onların tərkibi deyil, miqdarındadır. Əgər insanlar bu məhsuldan az miqdarda yeməyi öyrənsələr çipsilərin zərərləri haqqında söhbətlər də bitəcək. İnsanlar ucuz olduğu üçün böyük paketdə olan çipsilər alır. Sonra isə bunun hamısını yeyirlər. Mən kiçik paketlərin tərəfdarıyam".
Terapevt-qastroenteroloq Sevindik Arazov isə "Sherg.az"a açıqlamasında çipsinin orqanizm üçün zərərli hesab edilən qidalardan olduğunu deyib. Həkimin sözlərinə görə, çipsilərin tərkibindəki müxtəlif qatqılar bir sıra xəstəliklərə səbəb olur:
"Xərçəng, obezit, diabet kimi xəstəliklər yaradan çipsidə kalorinin miqdarı normadan bir neçə dəfə çoxdur. Ekspertlər tərkibindəki akrilamid maddəsindən plastik materialların hazırlanmasında istifadə edildiyini qeyd edirlər. Həmin maddə tütünün də tərkibində mövcuddur. Çipsinin tərkibindəki trans yağlar insan bədənindəki normal temperaturda (36 dərəcə) ərimir. Bu yağlar bədəndə toplanılır və qandakı yağ nisbətini çoxaldır.
Bu da öz növbəsində xərçəng, obezit, diabet, sonsuzluq, qaraciyərdə funksiya pozulması, alzheimer, parkinson və ürək xəstəliklərinə səbəb olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm