“Azad etdiyimiz ərazilərdə təhlükəsizlik məsələsi həll olunacaq”
Fidan Həmişəyeva
12:32 10.11.2020
Cəmiyyət
663
“Lakin perspektivdə davamlı təhlükəsizlik olacağı sual altındadır”
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında döyüş əməliyyatlarının dayandırılması haqqında bəyanat imzalanıb. 9 bənddən ibarət olan sənədin 5-ci bəndinə əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmə işində rol oynayacaq.
Bu gün ölkəmiz və xalqımız üçün tarixi bir gündür. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın qələbəsi ilə son qoyulur. Ərazi bütövlüyümüz bərpa edilir. Azərbaycan həm hərb meydanında, həm də siyasət masasında qalib gəldi. Torpaqlarımızın azad edilməsi nə qədər sevindirici olsa da, vacib olan bir məqam var. Bu da azad edilən ərazilərimizdə təhlükəsizliyin təmin edilməsidir.
Məsələ ilə bağlı “Sherg.az”a danışan təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş MTN zabiti İlham İsmayıl bildirib ki, dekabrın 1-də Xankəndində bütün dövlət sturukturlarımız fəaliyyətə başlamayacaqsa, hansısa təhlükəsizlikdən danışmaq mümkün deyil:
“İmzalanan bəyanatda qeyd olunmayıb ki, “Dağlıq Qarabağ Respublikası”nı deyən adamlar bu sturukturun mövcud olmadığını etiraf edəcəklər. Bu barədə ortalıqda nəsə yoxdur.
Ona görə təhlükə hələ də qalır. Azad etdiyimiz ərazilərdə təhlükəsizlik məsələləri həll olunacaq. Lakin perspektivdə davamlı təhlükəsizlik olacağı sual altındadır.
Təhlükəsizliyimiz bütün dövlət sturukturlarımızın Xankəndində fəaliyyətindən keçir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət