“Sherg.az” xəbər verir ki, bu barədə Milli Məclisin bugün keçirilən iclasında millət vəkili Razi Nurullayev deyib.
AZAL rəhbərinə sərt ittiham: “Dövlətin büdcəsi ilə biznes qurmusunuz...!”
Turan
10:59 07.08.2020
Cəmiyyət
823
“Dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz. Bu biabırçılıqdır”
“Dövlət şirkətləri dövlətin büdcəsini talamaq üçün növbəyə durub”
“Siz pul qazanıb kreditlərinizi ödəməlisiniz, hələ dövlətə vergi də verməlisiniz”
“Dövlət şirkətləri dövlətin büdcəsini talamaq üçün növbəyə durub”.
“Sherg.az” xəbər verir ki, bu barədə Milli Məclisin bugün keçirilən iclasında millət vəkili Razi Nurullayev deyib.
Deputat bəyan edib ki, dünən Prezidentin keçirdiyi müşavirədə səsləndirdiyi iradlar və çəkdiyi adlar onun ürəyinə su səpib:
“Vəzifəsini düzgün idarə etməyənlər kreslosunu boşaltmalıdır. Neft Şirkətinin vəzifəsi neftdən qazanılan pulları xalqın rifahı üçün xərcləməkdir. Neft şirkətinin nə deputatları, nə də xalqın nümayəndələrini ağ və qara dəriliyə bölməyə ixtiyarı yoxdur. İmişlinin 10 kəndi qazlaşmayıb, camaat çıxıb yolu da bağlayır, vecinə alan yoxdur.
Məgər on il ərzində bir-iki kəndi qazlaşdırmağı plana salmaq olmazdı? Olardı. Amma, sərf etmir. Çünki bütün məsələlərə hesab və kitabla baxılır və bu hesab-kitabın adı əyri yollar, əyri işlər və ziqzaqlı korrupsiya piramidasıdır. Hörmətli Rövnəq müəllim heç telefonu qaldırmır. Nəticəsi isə artıq görünür ki, çox ağır olacaq”.
Parlament üzvü Azərbaycan vətəndaşlarının təyyarə ilə xaricə Gürcüstandan uçmasına da irad bildirib:
“Vətəndaşlarımız Azərbaycan dövlətinin, yəni Azərbaycan xalqının pulu ilə alınan təyyarələrlə niyə uçmamalıdır? Nədir-nədir, təyyarələr bahalıdır, təmizdir, yeyib-içmək verirlər və s. Cahangir müəllim, bu xalq çirkli təyyarədə də uçar, evindən apardığı yeməkləri də yeyər, narahat kresloda da oturar. Guya 2-3 saat rahat kresloda otursa, həyatı dəyişəcək?
Həyatı dəyişənlər sizsiniz. Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz və dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz. Bu biabırçılıqdır. Dövlət şirkətləri dövlətin büdcəsini talamaq üçün növbəyə durub. Siz pul qazanıb kreditlərinizi ödəməlisiniz, hələ dövlətə vergi də verməlisiniz.
Qiymətlər göyün yeddinci qatında, hər kəs də digər aviaşirkətlərlə uçur və elə hallar olub ki, siz təyyarədə 2-3 nəfərlə ancaq elə özünüz uçmusunuz. Kimin pulu ilə? Cavab verin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual