Azər Allahverənov: Rusiyadakı qərar Azərbaycandan olan qanunsuz miqrantlara da toxunacaq
12:37 07.04.2025
Cəmiyyət
695
Hətta aşkarlananlarla bağlı sərt qərarlar qəbul oluna bilər
Rusiyada təhlükəsizlik qüvvələri fitnes klublarına basqın etməyə başlayıb.
Bu barədə "Azadlıq" radiosu məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, polis vətəndaşlığı olmayan kişi ziyarətçilərlə maraqlanır.
Qeyd olunub ki, rusiyalıların da hərbi xidmətdən yayınıb-yayınmaması yoxlanılır:
"Onlar Rusiyanın vətəndaşı olmayanları xuliqanlıqda və ya miqrasiya qanunvericiliyini pozmaqda ittiham edib, sonra deportasiya olunmalarına çalışırlar. Reydlər Rusiyanın müxtəlif şəhərlərində keçirilir. Xüsusilə, martın 30-da Moskvanın cənub-şərqində yerləşən “Spirit Fitness” klubuna basqın barədə məlumat yayılıb. Daha sonra klubun digər filialında reyd olub. Qadınları sərbəst buraxıb, kişiləri isə yerə uzadıb, sonra etnik zəminə görə ayırıblar. Bundan sonra təhlükəsizlik qüvvələri həmin şəxslərdən pasportlarını tələb ediblər".
Nəşr vurğulayıb ki, Rusiya təhlükəsizlik qüvvələrinin sxemi Rusiya vətəndaşlarını idman klublarından hərbi komissarlığa, əcnəbi əmək miqrantlarını isə sonradan deportasiya olunmaqla xarici vətəndaşlar üçün müvəqqəti saxlama mərkəzlərinə çatdırmaqdır.
Qeyd edək ki, 1 apreldən Rusiyada həqiqi hərbi xidmətə çağırış başlayıb.
"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" ictimai birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov “Sherg.az”a bildirib ki, aprel ayının beşində, bu reydlər başlamalı idi:
“Artıq fevral ayından etibarən bu reydlər qismən həyata keçirilməyə başladı. Bildiyiniz kimi, Rusiya Federasiyası çox ciddi şəkildə qanunsuz miqrasiya ilə mübarizəyə start verib və artıq fevral ayından etibarən bəzi istiqamətlərdə belə reydlərin keçirildiyinin şahidi olduq. Ümumiyyətlə miqrantlara möhlət verildi ki, qanunsuz əsaslarla ölkə ərazisində yaşayırlarsa, öz statuslarını leqallaşdırsınlar. Hüquq mühafizə orqanları ciddi şəkildə, həmin reydləri miqrantların kompakt yaşadığı ərazilərdə keçirməklə qanunsuz əsaslarla ölkə ərazisində yaşayan miqrantların müəyyən olunması istiqamətində tədbirlərə başlayıblar. Bu, ölkə ərazisində qanunsuz yaşayan bütün şəxslərə şamil olunacaq bir yanaşmadır. Çünki əgər şəxs ölkə ərazisində qanunsuz əsaslarla yaşayırsa, o bilməlidir ki, gec ya tez, haqqında hansısa qərar ola bilər. Digər tərəfdən bu qərar Azərbaycan Respublikasından olan qanunsuz miqrantlara da toxunacaq. 2024-cü ilin payız aylarında, müəyyən statistik rəqəmlər verilmişdi və orada təqribən 80-100 minə yaxın Azərbaycan Respublikasının vətəndaşının guya ki, qanunsuz əsaslarla ölkə ərazisində yaşaması bildirilmişdi. Yəni bu o deməkdir ki, həmin reydlər məhz bu şəxslərə də toxunacaq. Hətta aşkarlananlarla bağlı sərt qərarlar qəbul oluna bilər. İndiki yeni qaydalara görə, şəxs ölkə ərazisində yalnız son bir il ərzində yalnız 90 gün müddətində qala bilər. Yəni bu o deməkdir ki, bir il ərzində 90 gün tamam olmursa, bir neçə dəfə giriş edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya
Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var
14:24 10.08.2026
Aktual
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
14:21 10.08.2026
Gündəm
Azərbaycanın İsveçrə və Niderlanddakı səfirləri geri çağırılıb
14:11 10.08.2026
Gündəm
Meloninin kreslosu təhlükədə: Anketlərdə gerilədi, yeni gediş etdi
14:10 10.08.2026
Dünya