“Azərbaycan-ABŞ strateji müttəfiqliyi dönməz xarakter alacaq”
- Millət vəkili
Şəymən Bayramova
13:54 18.05.2020
Cəmiyyət
832
“Dağlıq Qarabağ münaqişəsinin həllində Amerikanın mövqeyini aydın əks etdirir”
“Bu ölkələr iqtisadi və geniş hüquqi islahatlar sahəsində sıx əməkdaşlıq edir”
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda Birləşmiş Ştatların Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəklədiyi qeyd olunub. D. Tramp Dünyanın ən nəhəng dövlətlərindən biri Azərbaycana, onun suverenliyi və müstəqilliyinə güclü dəstəyini ifadə edib. Bu qeyd dünyanın əsas siyasi güc mərkəzlərindən birinin Azərbaycana açıq dəstəyi kimi qəbul olunur. Məktubda həmçinin Vaşinqtonun Azərbaycanla beynəlxalq təhlükəsizliyi gücləndirmək fikrində olduğu bildirilib.
Prezident Trampın adıçəkilən məktubunda diqqəti çəkən məqamlardan biri də ABŞ və Azərbaycan nəzərdə tutularaq, “iki böyük xalq və dövlət ” ifadəsindən istifadə olunmasıdır. ABŞ-ın dövlət başçısı səviyyəsində Azərbaycanı nüfuzlu və güclü dövlət olaraq qəbul etməsi rəsmi Bakının qazandığı diplomatik uğurlardandır. Bu, Azərbaycan və ABŞ arasında yaxın tərəfdaşlıq münasibətlərinin təsdiqi kimi səciyyələndirilməlidir.
Millət vəkili Aydın Hüseynovun “Sherg.az”a açıqlamasına görə, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezident İlham Əliyevə ünvanladığı məktubda ölkələrarası güclü iqtisadi-siyasi dialoqun əməkdaşlığa böyük töhfə verməsinə diqqət çəkərək dövlətimizin ABŞ və dünya dövlətləri üçün etibarlı tərəfdaş olması xüsusi vurğulanır.
Eyni zamanda bu məktub iki ölkə arasında qarşılıqlı münasibətləri, təhlükəsizlik, enerji, regional münaqişələrin dinc yolla həlli və digər sahələrdə möhkəm əməkdaşlığın olmasını təsdiqləyir.
Deputat deyib ki, Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ-la münasibətlərinin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir:
"Rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi yer verir. Ölkələrimiz arasında enerji, nəqliyyat, infrastrukturlar, kommunikasiya və digər sahələrdə güclü təmaslar mövcuddur. Azərbaycanın Amerika ilə münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Xəzər hövzəsinin enerji təhlükəsizliyi ABŞ-ın xarici siyasətində prioritetlərdən olduğu üçün Azərbaycanın başlatdığı Qərbyönümlü enerji siyasəti Vaşinqtonun maraqlarına uyğundur və ölkəmizin qətiyyətli enerji siyasəti ABŞ-Azərbaycan münasibətlərininin inkişafında təkanverici faktora çevrilib”.
A.Hüseynov əlavə edib ki, ABŞ Minsk qrupunun həmsədri və beynəlxalq münasibətlərin aparıcı qüvvəsi kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılmasında nizamlayıcı rolu və təşəbbüskarlığı ilə fəal mövqeyə malikdir:
"ABŞ hökumətinin mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində çoxtərəfli beynəlxalq sülh səyləri ilə həll edilməlidir. Bu, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü məsələsində və Dağlıq Qarabağ münaqişəsinin həllində Amerikanın mövqeyini aydın əks etdirir".
Millət vəkilinin fikrincə, ABŞ Azərbaycanla iqtisadi və geniş hüquqi islahatlar sahəsində də sıx əməkdaşlıq edir, açıq iqtisadi əlaqələrin intensivləşməsi üçün dəstəyini əsirgəmir:
"Bundan sonrakı dövrdə ardıcıl qətiyyətli siyasi kursun inkişaf etdirilməsi nəticəsində Azərbaycan-ABŞ strateji müttəfiqliyi dönməz xarakter alacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət