“Azərbaycan beynəlxalq güc mərkəzinə çevrilir”
Fidan Həmişəyeva
14:28 06.05.2020
Cəmiyyət
782
“Bu uğurlar ölkəmizin siyasi arealdakı liderlik mövqeyinə böyük stimul verməkdədir”
“Azərbaycan özünün yüksək reytinqi ilə nəinki regional, eyni zamanda beynəlxalq arenada söz sahibinə çevrilib və yüksək nüfuz reallığı özünü dəfələrlə sübuta yetirib”.
Bunu “Sherg.az”a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin təşəbbüsü “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşünü şərh edərkən deyib.
Analitikin sözlərinə görə, dünyanı bürüyən koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin təşəbbüskarlığı, eləcə də beynəlxalq aləmə göstərdiyi dəstək, həmrəylik nümunəsi bu amili kifayət qədər isbatlamaqdadır:
“Prezident İlham Əliyevin Türk Dövlətləri Şurasının ölkə başçılarının iştirakı ilə Zirvə görüşünü keçirmək təklifi və təşəbbüsünün yüksək qiymətləndirilməsi, COVID-19-la mübarizə istiqamətində irəli sürdüyü fikirlərinin dəstəkənməsi, ölkəmizdə həyata keçirilən təxirəsalınmaz işlərin nümunə olaraq digər ölkələrdə tətbiqi belə qənaətə gəlməyə zəmin yaradır ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında baş tutan Zirvə toplantısı da bu addımların davamıdır.
Əbəs deyil ki, ötən ilin oktyabr ayında - Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşü keçirilərkən, 120 dövlət Azərbaycanın Hərəkata üç illik sədrliyini dəstəklədi. Cənab Prezident İlham Əliyev Zirvə toplantısında bir sıra mühüm məqamları ehtiva edən fikirlərini çatdırmaqla yanaşı, həmçinin ölkəmizin beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağını, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağını xüsusilə vurğuladı. Bu bəyanat həm də dünya xalqlarına olan bir çağırışdır – humanizm, sosial xarakterli və əlbəttə ki, səmimiyyət üzərində qurulmuş həmrəylik çağırışı.
Məhz bu baxımdan qürurla deyə bilərik ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü qarşıda atılacaq növbəti uğurlu addımların anonsudur.
Ölkə başçımız prioritet məsələnin insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi fikrini vurğulamaqla beynəlxalq aləmi də həmin siyasət fonunda fəaliyyət göstərməyə səsləyib. Çox sevindiricidir ki, Hərəkata üzv olan ölkələr bu təşəbbüsə də dəstək sərgiləyərək, onu alqışlayıblar”.
B.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu təşəbbüsləri və bu fonda həyata keçirilən Zirvə toplantıları Azərbaycan dövlətinin beynəlxalq güc mərkəzinə, söz sahibinə çevrilməsini bir daha sübut edir:
“Söz yox ki, bu uğurlar ölkəmizin ali nüfuzunun daha da artmasına, siyasi arealdakı liderlik mövqeyinə böyük stimul verməkdədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya