"Azərbaycan dünyada yüksək nüfuz sahibidir" - Millət vəkili
Şəymən Bayramova
10:41 07.05.2020
Cəmiyyət
943
“Bu da Prezident İlham Əliyevin böyük lider olması ilə bir başa bağlıdır”
Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü qlobal pandemiyaya - koronavirus xəstəliyinə qarşı mübarizəyə həsr olunub.
Sözügedən görüşü şərh edən millət vəkili Azər Badamov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında beynəlxaq arenada davamlı şəkildə ilklərə imza atmaqdadır:
"Ümumiyyətlə, videokonfrans formatında beynəlxalq təşkilatların toplantılarının müəllifi İlham Əliyevdir. Avropa Yenidən Qurma və İnkişaf Bankının rəhbərliyi ilə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşləri dünyanı koronavirus pandemiyası bürüdüyü vaxtda qlobal mübarizənin təşkilində dünya üçün ən vacib təşəbbüsümüzdür.
Dünyanı pandemiyadan təkbaşına qurtarmaq mümükün deyil. Ona görə də bütün ölkələr bu məsələdə həmrəylik göstərməli, çətinlik çəkən ölkələrə digərləri öz iqtisadi imkanları daxilində yardımlar edilməlidir. Azərbayacan bu prosesdə yenə öndədir. Koronavirus pandemiya elan olunanda Azərbaycan ÜST-ə 5 milyon dollar ianə etmişdi.
Zirvə görüşündən sonra da Qoşulmama Hərəkatının üzvü olan və yardıma ehtiyacı olan ölkələrə də yardımlar edilməsi üçün ÜST-ə yenidən 5 milyon dollar ianə etməklə nümunə göstərdi".
Deputat hesab edir ki, Azərbaycan çox böyük ölkə olmasa da, fərqli baxışlarına malik müxtəlif qitələrdə yerləşmiş ölkələri bir araya, dialoqa, ümumi qərarların qəbuluna dəvət edə bilir:
“Bu ölkəmizin dünyada artan nüfuzun göstəricisidir. Təbii ki, Azərbaycanın dünyada yüksək nüfuz sahibi olması İlham Əliyevin böyük lider olması ilə bir başa bağlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol