Azərbaycan Himayədar Ailə ilə bağlı Nazirlər Bəyannaməsinə qoşulub
15:10 03.09.2025
Cəmiyyət
450
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşla görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə dövlət başçılarının səyləri ilə ölkələrimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi, əlaqələrimizin sosial xidmətlər sahəsində də daim inkişaf edərək genişləndiyi vurğulanıb, bu sahədə uğurlu əməkdaşlığın həyata keçirilməsindən məmnunluq ifadə olunub.
Anar Əliyev Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən hazırlanmış Himayədar Ailə ilə bağlı Nazirlər Bəyannaməsinin uşaqların ailə mühitində böyüməsinin təşviqinə mühüm dəstək olduğunu bildirib. Bəyannamənin himayədar ailə sisteminin inkişafı üçün beynəlxalq əməkdaşlıq platforması rolunu oynayacağını qeyd edib, bu təşəbbüsə görə təşəkkürünü bildirib.
Mahinur Özdemir Göktaş sosial xidmətlər, himayədar ailə modelinin tətbiqi ilə bağlı məqsədyönlü əməkdaşlığın həyata keçirildiyini, aparılan ardıcıl təcrübə mübadilələrinin əhəmiyyətini qeyd edib.
Görüşdə iki qurum arasında gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Anar Əliyev Himayədar Ailə ilə bağlı Nazirlər Bəyannaməsini imzalayıb. Sənəddə himayədar ailə xidmətlərinin gücləndirilməsi və təşviqi üçün ölkələr arasında ən yaxşı təcrübələrin mübadiləsi mexanizmlərinin yaradılması, himayədar ailə xidmətləri üzrə ictimai maarifləndirmənin artırılması üçün iyunun 30-nun beynəlxalq səviyyədə “Himayədar Ailə Günü” kimi müəyyən edilməsi əksini tapır.
Bəyannamə, həmçinin himayədar ailə xidmətləri üzrə əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif ölkələrin nümayəndələrindən ibarət “Himayədar ailə üzrə İşçi Qrupu”nun təsis edilməsini, Türkiyənin himayədar ailələrin sayının artırılmasına xidmət edən “Dünyanın Könüllü Elçiləri Layihəsi” nümunə kimi götürülməklə himayədar ailə təcrübəsinin qlobal miqyasda genişləndirilməsini və digər tədbirləri nəzərdə tutur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya
Azərbaycan futboluna ağır itki: Əməkdar məşqçi vəfat etdi
16:29 06.07.2026
Futbol
Rusiya səfiri Azərbaycan XİN-ə çağrıldı, nota verildi
16:23 06.07.2026
Siyasət
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
16:06 06.07.2026
Son dəqiqə
Ermənistan Pakistana ilk səfirini təyin edib
16:02 06.07.2026
Region
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər edib
15:53 06.07.2026
Siyasət