“Azərbaycan müasir texnologiyaların tətbiqində qətiyyətlidir”
Şəymən Bayramova
08:16 27.05.2020
Cəmiyyət
866
“Dövlətlərin qlobal səviyyədəki çağırışlarla ayaqlaşması birbaşa yeni texnologiya və innovasiyaların tətbiqindən asılıdır”
“Signify” kimi şirkətlərin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizin nüfuzu, əlverişli biznes və sərmaye mühitinin olması ilə əlaqədardır. Bu əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılan addımları isə Azərbaycanda aparılan islahatların nəticəsi kimi qiymətləndirmək olar. Son iki ildə Azərbaycanda genişmiqyaslı kadr, struktur, iqtisadi, sosial islahatlar aparılır. Bu isə “Signify” kimi şirkətlərin Azərbaycana verdiyi önəmin səviyyəsini daha da artırır. Əməkdaşlığın genişlənməsinin səbəblərindən biri də odur ki, Azərbaycan dövləti müasir texnologiyalara, innovativ resurslarla inkişafı qarşısına məqsəd qoyub.
Millət vəkili Anar Məmmədov Azərbaycanın hər zaman yeni texnologiyalara və innovasiyalara açıq olduğunu deyib. Onun sözlərinə görə, Cənab Prezident İlham Əliyevin bu istiqamətdə ən aparıcı şirkətlərin rəhbərləri ilə şəxsən özünün görüşməsi əslində bunun ən bariz nümunəsidir:
"Bir neçə gün öncə ölkə başçısının videokonfrans şəklində dünyanın nüfuzlu şirkətlərindən olan “Signify”nin (əvvəlki adı “Philips Lighting”) rəhbərləri ilə görüşü onu deməyə əsas verir ki, cənab Prezident koronavirus pandemiyası şəraitində belə ölkənin iqtisadiyyatının dayanıqlılığının təmin olunması üçün səylərini əsirgəmir. Məlum məsələdir ki, yaşadığımız dövr daha çox elmin və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə səciyyələnir. Artıq uzun müddətdir ki, qlobal səviyyədə yeni reallıqlar və çağırışlar var. Dövlətlərin bu çağırışlarla ayaqlaşması isə birbaşa yeni texnologiya və innovasiyaların tətbiqindən asılıdır. Ölkə başçısının keçirdiyi son videokonfrans məhz Azərbaycanın bu çağırışlara adekvat reaksiya verməsinə hesablanıb. Dünyanın nüfuzlu şirkətlərindən olan, 1891-ci ildə yaradılan “Signify” dünya bazarında özünü kifayət qədər tanıda bilib. 74 ölkədə fəaliyyət göstərən və 140 ölkədə xidmət və məhsul satışı həyata keçirən şirkətin rəhbəri ilə keçirilən videokonfrans bundan əvvəlki görüşlərin davamı kimi qiymətləndirilə bilər. "Signify" şirkəti öz sahəsində dünyanın ən aparıcı şirkətlərindən biridir. Bu şirkətin istehsalatda əsas prinsipləri mümkün qədər qənaətcil və ekoloji cəhətdən səmərəli məhsul və xidmətlər təqdim etməkdir. Bu iki prinsip Azərbaycan dövləti üçün də prioritet olduğu üçün əlverişli əməkdaşlıq mühiti var".
Deputat hesab edir ki, görüşdə Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri odur ki, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti ən müasir texnologiyaların tətbiqində qətiyyətlidir:
" Və elə cari ildən biz bunun müsbət nəticələrini görəcəyik. Digər əsas məqamlardan biri də "Signify" şirkətinin COVID-19 virusu ilə mübarizə sahəsində müasir texnologiyalar üzərində iş aparmasıdır. Şirkət rəhbəri açıq şəkildə bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bəyan etdi. Əslində pandemiya ilə mübarizədə indiyədək örnək model ortaya qoymuş Azərbaycanla bu sahədə əməkdaşlığın məntiqi əsası var. Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycan dövləti pandemiyadan Azərbaycan xalqının ən az itkilərlə çıxması üçün bütün lazımi tədbirləri görüb. İnsanların sağlamlığının qorunması üçün böyük iqtisadi itkilərin gözə alınması əslində dövlətin öz vətəndaşına verdiyi dəyərin göstəricisidir. Zənnimcə, şirkətin Azərbaycanla əməkdaşlıq etməsinə can atmasında Azərbaycanın etibarlı tərəfdaş kimi böyük nüfuzu və ölkədəki münbit investisiya mühiti böyük rol oynayır. Çünki Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya