“Azərbaycan polisinin belə ucuz şouya ehtiyacı yoxdur”
Şəymən Bayramova
13:20 26.06.2020
Cəmiyyət
1096
"Sosial şəbəkələrdə Yasamal rayonunda polisə gül atıb, mahnı oxuyanların videosu yayılıb. Video-çarxın qurama, iştirakçıların isə öyrədilmiş olduğunu bilmək olurdu. Lakin istənilən halda musiqi və görüntü adamda vətənpərvərlik hissləri oyadır".
Bu sözləri “Sherg.az”a millət vəkili Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin sədr müavini Ehtiram Mehdiyev deyib.
Həmin görüntülərdən sonra minlərlə insan hissə qapılıb tərif yağdırdığını vurğulayan E. Mehdiyev ümumi görüntü xoşuna gəlsə də, bununla bağlı heç bir şərh yazmayıb. Amma bir qrup insanlar həmin ifaçıları ifşa edib şəxslərinə qarşı təhqirlər edirlər. Bu düzgün deyil:
"İfaçılara heç kim zorla "get oxu" deməyib. Bu təşəbbüs özlərindən irəli gəlib. İdeyanın təşəbbüskarlarından biri, bir çox muğam festivallarının qalibi Gülzar Fərəcova açıqlamasında qeyd edib ki, orda ifa edənlərin ailəsində polis işçiləri çoxdur. Sözügedən görüntülər klip çəklişindəndir və həmin ərazini seçməklərinin səbəbi də qarşıdan Azərbaycan polisinin peşə bayramı ilə əlaqədardır.
Demokratik dəyərlərdən danışırıq. Hər bir insan fərqli düşüncəyə sahib ola bilər. Biri üçün polis peşəsi şərəfli, biri üçün isə qəddarlıq kimi sayıla bilər. Amma unutmayaq ki, bu peşə işçilərinin sayəsində bu gün küçələrə sərbəst çıxa, evimizdə rahat yata bilirik.
Onlar bizim təhlükəsizliyimizi qoruyurlar. Onlar koronavirusla mübarizədə ön cəbhədə həkimlər qədər məsuliyyət daşıyır və özlərini təhlükəyə atırlar. Bəli, hətta 57 dəfə it, pişik, meymun haqları üçün zəng edən vətəndaşlara qarşı belə təmkinlə davranırlar.
Axı biz niyə təhqir edənləri qəhrəman, tərif edənləri satqın kimi təbliğ edirik? Niyə polisə zibil atanları qəhrəman, gül atanları satqın hesab edirik? Demokratiya budur? Razıyam, bütün sahələrdə olduğu kimi polis peşəsində də işini düzgün icra etməyənlər və zorakılığa meyilli olanlar var. Amma bu o demək deyil ki, biz bunu bütün peşəyə şamil edə bilərik. Azərbaycan polisinin belə ucuz şouya ehtiyacı yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə