Azərbaycanda 4 günlük iş həftəsinə keçid realdırmı? - İZAH
Fidan Həmişəyeva
16:03 20.08.2020
Cəmiyyət
752
“Ölkəmizdə iş günlərinin azaldılması dövlət orqanlarında mümkün ola bilər”
“Amma bu hal cəmiyyətdə diskriminasiyaya səbəb olar”
“Dövlət orqanlarının əməkdaşları 4 gün işlədiyi halda, digər müəssisə işçiləri həftənin bütün günləri işləyəcək”
Almaniyada böhranın aradan qaldırılmasına kömək üçün iş həftəsinin dörd günə endirilməsi təklif olunub. Belə bir təkliflə ölkənin Əmək naziri Hubertus Hayl çıxış edib. Onun sözlərinə görə, qismən kompensasiya ödənişləri ilə iş həftəsinin azaldılması uyğun tədbir ola bilər. Hayl əsas şərtin sosial tərəfdaşların razılığı olduğunu qeyd edib:
“Böhrandan birlikdə çıxmaq üçün yaxşı və praktik düşüncələrə ehtiyacımız var”.
Almaniyada güman edilir ki, dörd günlük iş həftəsi avtomobil sənayesi kimi sektorlarda struktur dəyişikliklərinə cavab verib, iş yerlərinin saxlanmasına kömək edəcək.
Pandemiya dönəmi demək olar ki, bütün ölkələrin iqtisadiyyatına zərbə vurub. Bu baxımdan iş günlərinin azaldılması bəzi ölkələrdə müzakirə mövzusudur. Lakin nəzərdə tutulan təklifin effektivliyi sual altındadır.
Eyni sistemin ölkəmizdə tətbiq olunub-olunmamasına dair fikirlərini “Sherg.az”la bölüşən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, iş günlərinin azaldılması uzun müddət müzakirə edilən məsələlərdən biridir.
Onun sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatı da bu barədə fikirlər bildirir:
“Eksperimental olaraq 4 günlük iş həftəsinə keçən müəssisələr də var. Lakin koronavirus dövründə məsafədən işləmək daha aktualdır, nəinki 4 günlük işləmək”.
S.Məmmədov bəzi səbəblərdən ölkəmizdə bu sistemin tətbiqinin mümkün olmadığını vurğulayıb:
“Ölkəmizdə karantinə görə başqa rejimlər müəyyən edilib. Məsələn, işçi sayının azaldılması, kadrların 50 faizinin işə çıxması və.s. Amma iş gününün azaldılması bizim kimi ölkələrdə mümkün deyil. Çünki Azərbaycanda əmək bazarının 70 faizi qeyri-rəsmidir. İşçilərin 70 faizi əmək müqaviləsi ilə işləmir”.
Liqa sədri qeyd edib ki, ölkəmizdə iş günlərinin azaldılması yalnız dövlət orqanlarında mümkün ola bilər. Amma bu hal cəmiyyətdə diskriminasiyaya səbəb olar:
“Yəni ki, dövlət orqanlarının əməkdaşları 4 gün işlədiyi halda, digər müəssisə işçiləri həftənin bütün günləri işləyəcək. Bu, düzgün yanaşma olmaz. Ona görə ölkəmizdə belə sistemin tətbiqi mümkün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm