Azərbaycanda alim koronavirusa yoluxub? - RƏSMİ AÇIQLAMA + FOTO
08:24 17.06.2020
Cəmiyyət
549
AMEA Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda koronavirusun yayılması ilə bağlı iddialar yayılıb.
Bildirilib ki, AMEA-nın müxbir üzvü Ziyafəddin Əsədov koronavirusa yoluxub, vəziyyəti ağırdır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilib.
Alim bir həftə evdə müalicə alıb, vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Süni tənəffüs cihazına qoşulacağı gözlənilir.
Bildirilir ki, institutun laboratoriya otağı iki həftəlik bağlanıb, dezinfeksiya edilib.
Neft-Kimya Prosesləri İnstitutundan Oxu.Az-a bildirilib ki, hazırda Ziyafəddin Əsədov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alır:
“Laborotoriya otağının iki həftə bağlanması ilə bağlı məlumat düzgün deyil. İşçilərin çoxu məzuniyyətdədir. Kim məzuniyyətdə deyilsə, işə gəlir. İş davam edir, hamı maska ilə içəri daxil olur. İnstitutun işçisi olmayan şəxslərin buraya daxil olması qadağandır”.
“Hər gün iş bitdikdən sonra institutda dezinfeksiya işləri aparılır”, - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət