“Azərbaycanda yeni iqtisadi idarəetmənin şahidi ola bilərik”
Şəymən Bayramova
09:31 27.04.2020
Cəmiyyət
891
“Bu yanaşma dövlətin strateji planlaşdırmaya söykənən iqtisadi idarəetmə modelinə keçməsi ilə bağlı olan proseslərlə müşahidə edilməlidir”
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Aprelin 9-dan işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Proses gündəlik davam edir. Ödəniş edilərkən işsiz şəxslərin telefon nömrələrinə bu barədə SMS göndərilir.
Artıq 400 mindən çox işsiz şəxs üçün birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb.
Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirən iqtisadçı-ekspert, professor Elşad Məmmədov milli iqtisadiyyatda hiss olunan şokları Azərbaycanın müstəqillik tarixində misili olmayan təzyiq kimi dəyərləndirir. Onun sözlərinə görə, üç fundamental xarici iqtisadi amil Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərməkdədir:
"Birinci təzyiq dünya iqtisadiyyatında müşahidə edilən dərin böhranla bağlıdır. İkincisi isə məlum pandemiya məsələsidir. Koronavirusun yayılması səbəbindən işgüzar fəallığın bütün dünya üzrə dondurulub, xarici ticarət əlaqələri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Digər mühüm amil isə neft qiymətlərinin kəskin ucuzlaşmasıdır. Həm büdcə daxilolmaları, həm tədiyyə balansı, həm də ümumdaxili məhsul baxımından neftin dəyərdən düşməsi milli iqtisadiyyatımız üçün ciddi təzyiq hesab olunur".
Lakin ekspert hesab edir ki, ötən ildən başlayaraq Azərbaycanda həyata keçirilən sistemli struktur islahatlarının dərinləşməsi və yeni mərhələyə keçməsi bizim pandemiya ilə mübarizədə 1:0 öndə olmağımıza zəmin yaradıb:
" Bu isə təsadüfi deyil, ölkə başçısının uzaqgörən siyasətinin göstəricisidir. Hansı ki həmin istiqamətlərdən biri də sosial effektli idi. Sosial paket nöqteyi-nəzərdən bu ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq. Biz son aylarda həm minimum əməkhaqqının, həm sosial müavinətlərin, təqaüdlərin artırılması ilə bağlı müsbət dinamikanın şahidi olduq.
Müsbət dinamikanın qorunub saxlanması önəmlidir. Çünki bu bir tərəfdən əhalinin sosial rifahının yüksəldilməsinə şərait yaradır, digər tərəfdən də daxili bazarın genişlənməsi, alıcılıq qabiliyyətinin yüksəldilməsi, idxalın əvəz olunması kimi istiqamətlərə çox ciddi təkan verə bilər. Həmçinin əhalinin böyük hissəsinin evdə qalması ilə bağlı kommunal ödənişlərin hesablanmasında və həcmində böyük artım ola bilər.
Hesab edirəm ki, bu paketdə nəzərdə tutulan elektrik enerjisi sərfiyyatına ödənişlərdə limitin 100 kilovat/saat artırılması düzgün addım kimi səciyyələndirilə bilər. Bu, həm də yığımlarda müsbət göstəricilərə səbəb ola və əhalinin sosial baxımından gərginliyinin müəyyən mənada qarşısını ala bilər.
Bütövlükdə, bütün bu proseslər kifayət qədər irihəcmli iqtisadi idarəetmə nöqteyi-nəzərdən yeniliklərin bir hissəsidir. Gələcəkdə Azərbaycanda iqtisadi idarəetmə baxımından yeni yanaşmanın şahidi ola bilərik.
Bu yanaşma, ilk növbədə, dövlətin iqtisadiyyatda çəkisinin artırılması, dövlətin strateji planlaşdırmaya söykənən iqtisadi idarəetmə modelinə keçməsi ilə bağlı olan proseslərlə müşahidə edilməlidir. Bu proseslərdə yeni, məhz inkişafa yönələn institutların da yaradılması zəruridir.
Hesab edirəm ki, Azərbaycanda, bütövlükdə iqtisadi cəhətdən uğur göstərəcək ölkələrdə yaxınmüddətli perspektivdən başlayaraq dövlətin iqtisadiyyatda iştirakı artacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur
11 milyon qonorarı geri qaytaracaq
10:53 10.04.2026
Şou
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
10:44 10.04.2026
Sağlamlıq