Azərbaycanın avtomobil parkının 65 faizi köhnədir: Qəzaların mənbəyi burdadır - SOS
Şəymən Bayramova
08:58 04.02.2020
Cəmiyyət
1054
Azərbaycanda avtomobil idxalı kəskin artıb. Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, ölkəyə 47 min 710 avtomobil idxal olunub. İqtisadçı Natiq Cəfərlinin " Şərq"ə açıqlamasına görə, ölkədə avtomobil istehsalı olmadığı üçün ildən- ilə idxal olunan maşınların sayında artım müşahidə olunur: "Neftçalada avtomobil yığımı həyata keçirilir, onun da əsas iştirakçısı dövlətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin avtomobilləri alaraq müvafiq Proqram çərçivəsində müharibə veterenlarına və digər fiziki məhdudiyyətli insanlarımıza təqdim edir. Bəlkə də ölkəmizdə avtomobil istehsalı olsaydı idxal artımı bu həddə gəlib çıxmazdı. Avtomobil istehsalı üçün də yeni və daha prestijli modellərin, şirkətlərin ölkəmizdə zavod qurması lazımdır. Həmin modellərin yığımında istifadə olunan avtomobil detallarının da ən azı 25 faizinin Azərbaycanda istehsalı şərtdir. Bu həm də əlavə iş yerləri və gəlir mənbəyini stimullaşdırardı".
İqtisadçı hesab edir ki, ölkədə avtomobil idxalının artmasının digər səbəbi də Azərbaycanda son iki ildə xarici valyutanın məzənnəsi sabit qaldığı üçün insanlar əlavə vəsaitərini daşınmaz əmlak və avtomobillərə yönəldirlər:
“2015-2016-cı ildə ölkəyə gətirilən avtomobillərin sayı xeyli azalmışdı. Xüsusən də Gürcüstandan gətirilən maşınların sayında 27 faiz azalma vardı. Digər bir səbəb isə ötən il gömrük rüsumlarının artacağı ilə bağlı yaranan ajiotajdır. Noyabr- dekabr aylarında avtomobil alqı- satqısı ilə məşğul olan insanlar kütləvi şəkildə ölkəyə avtomobil idxalını həyata keçirdilər. Məqsəd isə öz bizmeslərini sığortalamaqdan ibarət idi. Yəni yanvar ayından etibarən rüsumlar qalxacağı təqdirdə həmin avtobillərin baha qiymətə satacaqdılar".
Avtomobil mütəxəsislərinin iddiasına görə, ölkəyə idxal olunan avtomobillərin mənşəyi məlum olmayan, hansı ölkədə başına nə gəldiyi bilinməyən, suya düşən, şüalanmaya məruz qalan avtomobillər gətirilir. Hesab edirlər ki, gömrük rüsumları, aksiz vergisi azaldıqca həmin avtomobillərin yenisini gətirmək olar.
N.Cəfərli də mütəxəsislərin bu qeydini vacib hesab edir:
"Azərbaycanda avtomobil parkı həddindən artıq köhnədir. Bəzən maşın bazarlarının mövcud durumunu şəhərin mərkəzindəki satış yerlərinə görə dəyərləndiririk. Hansı ki mərkəzi hissələrdə bahalı və yeni avtomobillər daha çoxdur. Ona görə də “Azərbaycanın avtomobil bazarı yenilənib” kimi illuziyalar formalaşıb. Halbuki, ölkənin avtomobil parkının 60-65 faizi köhnədir və müasir tələblərə cavab vermir. Bu isə təhlükəsizlik məsələsini gündəmə gətirir. Avtomobilin ili nə qədər köhnədirsə həmin avtomobil bir o qədər təhlükəlidir. Azərbaycanda avtomobil qəzalarında ölüm hallarının çox olması köhnə avtomobillərlə bağlıdır. Siz əgər il ərzində ölümlə nəticələnən qəzaların araşdırmasını aparsanız görəcəksiniz ki, həmin avtomobillərin əksəriyyəti ya Rusiya istehsalı, ya da buraxılış ili 2000-ci ildən aşağıdır. Həmin avtomobillərdə təhlükəsizlik sistemi çox az təmin olunub. Rusiya istehsalı avtomobillərdə isə ümumiyyətlə təhlükəsizlik baxımından heç nə yoxdur. Ona görə də bu birinci növbədə insanın həyatının qorunması məsələsidir. İkinci təbii ki, ekoloji məsələdir. Bakı ekoloji cəhətdən kifayət qədər çirklənmiş şəhərdir. Bakıda hibrid avtomobillərin çox olması şəhərə ekoloji baxımdan müsbət təsir göstərəcək”.
"Dəfələrlə təklif etmişik ki "Hibrid" və elektrik avtomobillərinin sıfır gömrük rüsumu və aksiz vergisi ilə ölkəyə gətirilməsinə şərait yaradılsın. Bu zaman müasir texnologiyalarla istehsal olunan yeni avtomobillərin ölkəyə gətirilməsinə nail ola bilərik. Bu həm təhlükəsizlik, həm də ekoloji problemlərin həllinə səbəb olacaq. Çox təəssüflər olsun ki, dövlət bu yöndə addım atmaqda maraqlı deyil. Dünyanın ekoloji vəziyyətinin ağır olduğunu nəzərə alaraq bir çox ölkələrdə təşviq siyasəti aparılır ki, hibrid və elektrik avtomobillərin sayı getdikcə artsın" - deyə N.Cəfərli əlavə edib. Ekspertin sözlərinə görə, hibrid avtomobillərin ölkəyə gətirilməsi iqtisadiyyatda da az-çox canlanmaya səbəb olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
02:12 08.08.2026
Region
Ebola virusuna yoluxanların sayı 4000-i keçib
01:40 08.08.2026
Sağlamlıq
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya