“Azərbaycanın koronavirusa qarşı mübarizəsi özünü doğruldur”
Şəymən Bayramova
12:57 11.04.2020
Cəmiyyət
865
Azər Həsrət: “Ölkəmiz pandemiya zəncirində özünü ən yaxşı mühafizə edən həlqələrdən biridir”
Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Prezidentin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb. Ölkə başçısının bu addımı ictimaiyyət tərəfindən çox yüksək dəyərləndirilib.
Ölkə başçısının pandemiya ilə mübarizədə növbəti qərarını şərh edən Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a deyib ki, Azərbaycan prezidentinin başçılıq etdiyi koronavirusa qarşı mübarizə siyasəti özünü doğrultmaqdadır:
“Azərbaycan pandemiya zəncirində özünü ən yaxşı mühafizə edən həlqələrdən biridir. Bu da təsadüfi deyil. Əgər ölkə başçısı koronavirusa qarşı aparılan mübarizə tədbirlərinə başlamasaydı, indi bizdə digər dövlətlərin aqibətini yaşayırdıq. Bu gün Azərbaycanda yoluxma sayı digər dövlətlərlə müqayisədə dəfələrlə azdırsa, bunun üçün ölkə başçısına təşəkkür düşür”.
A.Həsrətin fikrincə Azərbaycan dövləti bu virusun yayılmağa başlamasının ardından ən effektiv mühafizə tədbirləri ilə diqqət çəkir. Şəxsən Prezident İlham Əliyevin özü gündəlik – saatbasaat vəziyyətlə maraqlanır, statistikanı təhlil edir, məlumatları nəzərdən keçirib gərəkli qərarları verir:
“Məhz onun şəxsi iradəsi və uzaqgörən siyasəti sayəsində səhiyyə sistemimiz qısa zamanda pandemiya ilə mübarizəyə uyğunlaşdırıldı. Zəruri tibbi avadanlıqlar və digər tibbi vasitələrin tədarükü üçün ayrılan vəsaitlər də bu uğurlu siyasətin tərkib hissəsidir. Yuxarıda da qeyd etdiyim kimi, bütün bu icraatların müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Məhz onun iti zəkası sayəsində ölkəmiz koronavirusla mübarizədə nəticələri aradan qaldırmağa deyil, profilaktik tədbirlər görüb ümumiyyətlə fəsadların qarşısını almağa üstünlük verir. Belə bir yanaşma bu mərhələdən ən az zərərlə çıxacağımıza əminlik yaradır. Əsas olan xalqımızın təhlükəsizliyidir. İnsanlarımızın canı sağlam olduqdan sonra istənilən probelmin həllinə postpandemiya dövründə nail olmaq olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur