Azərbaycanlı iş adamı “Hörmət” ordeni ilə təltif edildi
11:39 01.11.2025
Cəmiyyət
691
Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı iş adamı Amil Yusifov bu ölkənin ən nüfuzlu dövlət mükafatlarından biri — “Kurmet” (“Hörmət”) ordeni ilə təltif edilib.
Axar.az xəbər verir ki, mükafat iş adamına Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin sərəncamı ilə təqdim olunub.
Ordeni Amil Yusifova ölkənin xarici işlər naziri Yermek Koşerbayev şəxsən təqdim edib.
Təqdimat mərasimində çıxış edən nazir Yermek Koşerbayev Amil Yusifovun Qazaxıstanın ictimai və iqtisadi həyatındakı fəal iştirakını, uzunmüddətli səmərəli fəaliyyətini və dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib:
“Cənab Yusifovun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanır. O, Qazaxıstan və Azərbaycan xalqları arasında dostluq və iqtisadi əməkdaşlığın güclənməsinə mühüm töhfə verib”.
Mükafat üçün Prezident Tokayevə təşəkkür edən Amil Yusifov bu təltifin onun üçün böyük məsuliyyət və yeni fəaliyyət stimulu yaratdığını bildirib:
“Dost və qardaş Qazaxıstanın dövlət başçısı cənab Qasım-Jomart Tokayevə bu yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm. Bu mükafat gələcək layihələrimdə daha çox məsuliyyətlə çalışmağım üçün böyük motivasiyadır. Eyni zamanda qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan–Qazaxıstan münasibətləri bu gün ən yüksək səviyyədə inkişaf edir. Cənab Prezident bu əlaqələrin dərinləşməsi üçün biz iş adamlarının qarşısında mühüm vəzifələr qoyur. Biz də bu etimadı doğrultmaq, iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni istiqamətlərini formalaşdırmaq üçün əzmlə çalışacağıq.”
Qeyd edək ki, “Kurmet” (“Hörmət”) ordeni Qazaxıstan Respublikasının dövlət mükafatlarından biridir. Orden ölkə Prezidentinin sərəncamı ilə verilir və Qazaxıstan cəmiyyətində ən yüksək etimad göstəricilərindən hesab olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya