Azərbaycanlı professor:“Fransa Senatı beynəlxalq hüququ pozdu”
Fidan Həmişəyeva
12:10 27.11.2020
Cəmiyyət
517
“Bu ölkə demokratiya və insan hüquqları adı altında Qafqazdakı məkrli siyasətlərini davam etdirir”
“Amma torpaqlarının bir qarışından belə vaz keçməyərək düşmənə təslim aktını imzaladan ölkəmiz siyasi masada da qələbə qazandı”
Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru, tanınmış azərbaycanlı alim Abdulla Avey Fransa Senatında qondarma rejimin tanınmasına dair qəbul edilən sənədlə bağlı mühüm məqamlara toxunub. Professor “isparatacozum.com” saytına açıqlamasında bildirib ki, Fransa Senatı Azərbaycan ərazisi ilə bağlı qalmaqallı bir qərar imzalayaraq beynəlxalq hüququ pozdu.
Alim qeyd edib ki, Senatın qondarma rejimi tanımaq cəhdi BMT də daxil olmaqla bütün beynəlxalq təşkilatlar tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyünə açıq bir təcavüzdür:
“Fransa Senatı özünü BMT-dən üstün sayır. Təsdiq edilən sənəd sülhə yox, düşmənliyi alovlandırmağa xidmət edir. Fransa Minsk qrupunun həmsədrlərindən biri olaraq bitərəf qalmaq əvəzinə, açıq şəkildə Ermənistanı və onun işğalçı siyasətini dəstəkləyir. Senatın bu təşəbbüsünə sərt cavab verilməlidir. Çünki artıq Minsk qrupu öz-özünü məhv edib.
İndi Qarabağ bölgəsində yalnız Türkiyə və Rusiya var. Növbəti dövrlərdə Türkiyənin Azərbaycan ərazisinin bütövlüyü üçün təsiri mütləq dəstəklənməli və gündəmə gətirilməlidir. Azərbaycan qanunları ölkəmizin digər bölgələrində olduğu kimi Qarabağda da tam olaraq qüvvədə olacaq. Bütün dünya bu həqiqətlə barışmalıdır.
Azərbaycan Ordusu bunu öz gücü və ədaləti ilə döyüş meydanında təsdiqlədi. Ordumuz Xocalı soyqırımını törədən barbarlara diz çökdürdü. Düşmən də olsa, mülki əhaliyə soyqırım etmədik. Xocalı soyqırımının intiqamını igidliklə aldıq və dünyaya insanlıq dərsi keçdik”.
A.Avey vurğulayıb ki, Fransa Senatı Qarabağı işğal edənlərin həmin əraziləri necə məhv etdiyini görüb, utansın:
“Ermənistan dövləti hər zaman insanlığa qarşı cinayətlər törədib, indi də törədirlər. Ermənilər təslim olub, Qarabağı tərk edəndə, 1993-cü ildə zorla ələ keçirdikləri Azərbaycan türklərinin evlərini yandırdılar, təbiətə zərər verdilər, hətta təbiətdəki heyvanları da öldürdülər. Fransa Senatı isə belə qeyri-insani hərəkətlər törədən işğalçının yanında durur”.
Professorun sözlərinə görə, Fransa demokratiya və insan hüquqları adı altında Qafqazdakı məkrli siyasətlərini davam etdirir:
“Fransa rəsmiləri 44 günlük hərbi əməliyyatlar zamanı öz səlahiyyətlərinə aid olmayan çoxsaylı cəhdlər edərək bəzi məsələləri ört-basdır edib, ədalətli işimizin qarşısını almaq istəyirdilər.
Fransa Senatının beynəlxalq hüququn əsas prinsiplərini pozaraq qondarma rejimi tanıması Azərbaycanın ərazi bütövlüyü aktını açıq şəkildə pozur. Bu qərarı rədd edirik və Fransa Senatını məntiqsiz qərara görə kəskin şəkildə qınayırıq.
İşğala boyun əyməyən, torpaqlarının bir qarışından vaz keçməyərək düşmənə təslim aktını imzaladan ölkəmiz siyasi masa arxasında da qələbə qazandı.
Azərbaycan dövləti bütün “tələ”lərdən uğurla çıxıb, əbədi yaşayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda oğurluq edən şəxslər saxlanılıb
17:05 19.03.2026
Gündəm
Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır
16:40 19.03.2026
Sosial
Heqset: İrana bu gün ən böyük zərbəni endirəcəyik
16:38 19.03.2026
Gündəm
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
16:26 19.03.2026
Gündəm
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
14:59 19.03.2026
Dünya
Sumqayıtda 34 kq narkotik aşkarlanıb
14:52 19.03.2026
Hadisə
Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib
14:25 19.03.2026
Hərbi
Mingəçevirdə bədbəxt hadisə: 80 yaşlı kişi poçtda vəfat etdi
14:24 19.03.2026
Hadisə
ABŞ Ordusu Hörmüz boğazını ələ keçirməyə hazırlaşır
14:16 19.03.2026
Gündəm
“Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir bəlli olub
13:54 19.03.2026
Futbol
Kallas: Aİ Hörmüz boğazına qüvvə göndərmək istəmir
13:48 19.03.2026
Gündəm
Rasim Balayevin səhhətindəki son durum açıqlandı
13:41 19.03.2026
Mədəniyyət
Rusiya və Ukrayna arasındakı sülh danışıqları dayandırıldı
13:37 19.03.2026
Gündəm
Rusiyada dollar və avro bahalaşıb
13:29 19.03.2026
Dünya