“Biz bu bəlanın öhdəsindən bərabər gələcəyik, İtaliya” mənasını verən şüar altında hazırlanan videoçarxda tələbələr İtaıiyaya dəstək olduqlarını, onların ağrılarına acıdıqlarını, kədərlərinə şərik olduqlarını, bu dəhşətlibəlaya qalib gəlmək üçün bərabər olduqlarını müxtəlif bədii forma və dizayn tərtibatları ilə hazırladıqları maskalar üzərindən çatdırmağa çalışıblar.
AzMİU tələbələrindən italyanlara dəstək
07:34 08.05.2020
Cəmiyyət
572
Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərən İtaliya-Azərbaycan Dizayn Mərkəzi nəcib təşəbbüslə çıxış edib. Mərkəz universitetin Memarlıq fakültəsinin tələbələri ilə birgə Avropa dövlətləri arasında COVİD-19 koronavirus pandemiyasından ən çox zərər çəkən İtaliya Respublikasına dəstək xarakteri daşıyan “CE LA FAREMO, ITALİA!” layihəsi ərsəyə gətirib.
“Biz bu bəlanın öhdəsindən bərabər gələcəyik, İtaliya” mənasını verən şüar altında hazırlanan videoçarxda tələbələr İtaıiyaya dəstək olduqlarını, onların ağrılarına acıdıqlarını, kədərlərinə şərik olduqlarını, bu dəhşətlibəlaya qalib gəlmək üçün bərabər olduqlarını müxtəlif bədii forma və dizayn tərtibatları ilə hazırladıqları maskalar üzərindən çatdırmağa çalışıblar.
Layihədəiştirak edən 18 tələbə29 fərqli iş nümayiş etdirib. Onu da qeyd edək ki, layihə onlayn formatda həyata keçirildiyinə görə daha geniş iştirakçı kütləsini cəlb edə bilib. Belə ki, tələbələrdən başqa layihədə 3 nəfər də qonaq qismində iştirak edib və onların təqdim etdikləri işlər layihənin videoçarxında “qonaqlarımız” bölməsində nümayiş olunub. Videoçarxın sonunda ölməz sənətkarımız Müslüm Maqomayevin ifasında məşhur “Bella, ciao!” mahnısı da səsləndirilib. Sanki sənətkar bu möhtəşəm və əvəzolunmaz ifası ilə İtaliya – Azərbaycan arasında olan dərin dostluq əlaqələrini bir daha vurğulayır.
Məlumat üçün qeyd edək ki, İtaliya-Azərbaycan Dizayn Mərkəzi tərəfindən mütəmadi keçirilən bu tip layihələr tələbələrdə karantin zamanı yaradıcılıq fəaliyyətindən geri qalmamaq, ruh yüksəkliyini saxlamaq, həmrəylik və humanist təşəbbüslərini nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır. Bu baxımdan qeyd olunan layihə davamlı xarakter daşıyır və yaxın zamanlarda yeni mövzular təqdim olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə