Bağçalı Şuşada tikiləcək məktəbin eskizini göstərdi
09:07 26.01.2021
Cəmiyyət
527
“16 yanvar 2020-ci il tarixində sosial şəbəkə vasitəsilə bir açıqlama vermişdim. Demişdim ki, əgər Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanınvə Azərbaycan Prezidenti İlham Əliyev icazəsi olarsa, şəxsi göstərişimlə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Fondu olaraq, Şuşada doqquz siniflik məktəbin tikilməsi hədəfimizdir”.
“Haber Global”ın məlumatına görə, bu sözləri MHP sədri Dövlət Bağçalı deyib.
“Bu məktəbə Şuşada doğulan və Azərbaycan himninin bəstəkarı olan mərhum Üzeyir Hacıbəylinin adının veriləcəyini, təməlinin isə 30 yanvar 2021-ci il tarixində qoyula biləcəyini söyləmişdim. Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin qarşılıqlı razılıq və təsdiqi ilə Şuşada məktəb tikmək layihəmiz uyğun görülüb. Prezidentlərimizə həssaslıqlarına görə təşəkkür edirəm. Proses və layihənin bütün mərhələləri barədə onlara məlumat veriləcək. Şuşada məktəb tikintisi başa çatan kimi dərhal Azərbaycan Respublikasına təslim ediləcək.
Qarşıdakı günlərdə əməkdaşlarımızı Şuşaya göndərəcəyik. Məktəbin harada tikiləcəyi müzakirə ediləcək. Məktəb tikintisi üçün ərazi müəyyən edildikdən sonra təməli qoyulacaq”, - deyə Dövlət Bağçalı qeyd edib.
Çıxışı zamanı MHP sədri həmçinin Şuşada tikiləcək məktəbin ilkin eskizlərini də nümayiş etdirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya