Bakı karantindən sıxılır
Şəymən Bayramova
12:45 31.07.2020
Cəmiyyət
977
"Rayonlara gediş-gəliş bərpa olunsa, şəhər rahat nəfəs alar"
Avqustun 5-dən etibarən Bakıda xüsusi karantin rejiminin yüngülləşdirilməsi gözlənilir. Xüsusən də metronun və rayonlara gediş- gəlişin açılma ehtimalı nəzərdən keçirilir. Çox güman ki, gələn həftədən artıq insanların icazə ilə deyil, sərbəst şəkildə işlərinə gedib-gəlmək imkanı olacaq. SMS-lə küçəyə çıxmaq tətbiqi də ləğv olunacaq.
Sosioloq Zəminə Səfərova "Şərq"ə açıqlamasında yoluxma sayı yenidən artmasa, karantin rejiminin müəyyən qədər yumşaldılmasına ümid etdiyini bildirib. Lakin sosioloq hesab edir ki, yoluxma sayının yenidən artması sərt karantin rejiminin uzadılması ehtimalını ortaya çıxara bilər. İsti yay aylarında insanların Bakı şəhərindəki sıxlığının dözülməz vəziyyət yaratdığını deyən sosioloqa görə, növbəti həftədən rayonlara gediş-gəlişin bərpası artıq zərurətə çevrilib:
"Onsuz da Bakının istisindən, havasızlıqdan bezən insanlar hansısa yollarla rayonlara gedib gəlirlər. Bunu gizlətmək mümkün deyil. Sosial şəbəkələrdə heç nə gizli qalmır.
Ona görə də qadağanı götürüb insanlara rahat gedib gəlmək imkanı yaratmaq lazımdır. Yaxın günlərdə 8-ci kilometr bazarında olduq. İnsanlar o cür sıxlıqda məsafə saxlamadan, maska taxmadan rahat gəzirdilər. Nə satıcılar, nə də alıcılar sosial izolyasiya qaydalarına əməl edirdi. Maraqlıdır, belə yerlərə nəzarət edilmir? Bu cür kütləvi bazarlarda karantin qaydalarına riayət edilmirsə, kiçik mağazaların açılmasına niyə icazə verilmir?
Təsəvvür edin, insanların kütləvi müraciət etdiyi qapalı məkanların hamısının fəaliyyətinə icazə verilib. Banklar, marketlər, ictimai nəqliyyatda bütün gün sıxlıq yaşanır, növbə gözlənilmir. Amma parklara, çimərliklərə, yaşıllıq-meşəlik olan yerlərə, rayonlara, kəndlərə gediş-gəlişlə bağlı məhdudiyyətlər qoyulub.
Axı koronavirusdan qorunmaq üçün bizə lazım olan immuniteti məhz təmiz havadan, təbiət qoynundan ala bilərik.
Onsuz da əksəriyyət karantin tələblərinə əməl etmir.
Nəzarətin zəif olduğu yerlərdə yas mərasimləri, ad günləri qeyd edilir. Karantin qaydalarını sərtləşdirmək əvəzinə insanlar arasında maarifləndirmə işini düzgün qurmaq və hər kəsi özünü və yaxınlarını qorumağa inandırmaq lazımdır.
Bu zaman daha effektiv nəticələr əldə edə bilərik. İnsanlara izah etmək lazımdır ki, hər kəs öz sağlamlığının qeydinə qalsa, yoluxmanın arealı kiçilər.
Gündüz saatlarında karantin qaydalarına nəzarət edilsə də, gecə saatlarında insanlar şəhərdə sərbəst gəzib dolaşır.
Xüsusən də "Neftçilər" metrosundan "Xalqlar dostluğu" istiqamətində həmin saatlarda polis əməkdaşlarına rast gəlinmir. Maraqlıdır, bələdiyyələr nə işə baxır? Niyə yaranmış vəziyyətlə bağlı fəallıq göstərib aidiyyəti qurumlara yardım etmirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm