Düşməni öz dilində tədqiq etmək, onlara öz dillərində zərbə endirmək, erməni yalanlarını ifşa etmək baxımından cəmiyyətimiz üzərinə böyük yük düşür. Təbii ki, bunun erməni dilini bilmək zərurəti meydana çıxır.
Bakıda erməni dili kursu: Düşmənə öz dili ilə zərbə endiriləcək – Təqdir edildi!
Fidan Həmişəyeva
14:54 17.09.2020
Cəmiyyət
1051
“İnformasiya baxımından erməni mənbələrini birbaşa oxumalıyıq”
“Arzu edərdim ki, tədris sistemli şəkildə aparılsın və bu dili öyrənənlərin sayı çoxalsın”
“Düşmən ölkənin dilini, mədəniyyətini, ictimai sistemini, ona aid olan hər şeyi bilməlisən”
Düşmənlə mübarizə aparmaq üçün ilk növbədə onun dilini bilmək lazımdır. Bunu tanınmış siyasi liderlər də təsdiq ediblər. Düşmənin dilini bildikdən sonra mübarizə istər-isəməz asanlaşır. Mübarizə dedikdə isə həm hərbi münaqişələr, həm də media üzərindən informasiya müharibəsi nəzərdə tutulur. Ermənilərə qarşı informasiya müharibəsi aparmaq dövrümüz üçün çox aktual bir məsələdir.
Düşməni öz dilində tədqiq etmək, onlara öz dillərində zərbə endirmək, erməni yalanlarını ifşa etmək baxımından cəmiyyətimiz üzərinə böyük yük düşür. Təbii ki, bunun erməni dilini bilmək zərurəti meydana çıxır.
Artıq Bakıda erməni dili kursunun təşkilinə başlanacaq. Kurslar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən ödənişsiz təşkil ediləcək. Dərslərin sentyabrın 30-da başlayacağı deyilir. Kursda erməni dilini başlanğıc səviyyədən öyrənmək istəyənlər iştirak edəcək. Məsələn magistr və ya doktorantura dərəcələrinə malik dövlət qurumları nümayəndələri, jurnalistlər və gələcəkdə elmi fəaliyyətlə məşğul olacaq gənc tədqiqatçılar kursa yazıla bilərlər.
Bəs, Düşmənin dilini bilmək bizə hansı üstünlükləri vəd edir?
Erməni dili kursunun açılmasını çox vacib hesab edən tanınmış media eksperti, BDU-nun professoru Qulu Məhərrəmli “Sherg.az”a bildirib ki, bunun həm elmi, həm ictimai-siyasi əhəmiyyəti var. Professorun fikrincə, informasiya baxımından erməni mənbələrini birbaşa oxumalıyıq:
“Düzdür, rus dili vasitəsilə bəzi məlumatları alırıq. Lakin Azərbaycanda erməni dilini bilən xüsusi mütəxəssislərin və erməni dilində materialların hazırlanması, bu dilin ümumi səviyyədə öyrənilməsi çox faydalıdır. Amma ölkəmizdə erməni dilini bilənlər də az deyil.
Qarabağda yaşayan ermənilər üçün Azərbaycan dilində xüsusi radio və televiziya verilişlərinə, yazılı mətbuata ehtiyac var. Çünki orada yaşayanlar bizim vətəndaşlarımızdır, onlara Azərbaycan dili ilə yanaşı erməni dilində də məlumatlar verməliyik. Ona görə də erməni dili kurslarının açılmasını çox vacib hesab edirəm. Hətta gecikmiş bir işdir. Arzu edərdim ki, tədris sistemli şəkildə aparılsın və bu dili öyrənənlərin sayı çoxalsın”.
Q.Məhərrəmli hesab edir ki, ölkəmizdəki ali məktəblərdə də erməni dili tədris edilməlidir:
“Vaxtilə BDU-da bu dilin tədrisi üçün mərkəz var idi. Bir ölkə ilə müharibə aparırsansa, onun dilini və mədəniyyətini, ictimai sistemini-bir sözlə düşmənə aid olan hər şeyi bilməlisən. Çünki bu gün böyük informasiya müharibəsi gedir. Bu informasiya müharibəsində texnologiyanı bilən, güclü və əsaslı resurslara malik olan tərəf qazanır. Ona görə də erməni dilini bilmək bizim üçün ciddi resursdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat