Bakıda qışa hazırlıq sıfırdır -AÇIQLAMA

Təmizləmə işləri sürətləndirilməsə, tıxac və qəzalar çoxalacaq

 Yağışlı havalar, qarşıdan da sərt qışın gəlişi “paytaxt qışa hazırdırmı” sualını aktuallaşdırır. Fəqət, hər nə qədər aktual mövzu olsa da, adəti üzrə Bakını, təkcə qışda yox, ilin hər fəslində üzüqara çıxarır məsuliyyətsiz, səhlənkar, vəzifəsinin öhdəsindən gələ bilməyən bəzi məmurlar. İş görən yoxdursa, yazıq şəhər buna neyləsin? Bakının adı qara çıxır. Şəhər təsərrüfatı qışa necə hazırlanmalıdır?

Sosial sahə üzrə ekspert İlqar Hüseynli Sherg.az-a açıqlamasında bildirdi ki, hər il payız və qış fəslində eyni problemlər yaşanır. Qışa hazırlıq prosesi 2 mərhələdə icra olunmalıdır:

- Birincisi, şəhər əhalisinin istilik, elektrik enerjisi, içməli su tələbatının ödənməsi, kommunal xidmətlərlə bağlı işlərin görülməsidir. Bununla bağlı ümumi hazırlıq səviyyəsi zəif deyil. Qazanxanalar işləyir, əvvəlki dövrlərlə müqayisədə istilik təminatı böyük həcmdə həll edilib. Elektrik enerjisinin fasiləsiz ötürülməsi də təmin edilib. Nadir hallarda elektrik enerjisinin verilməsində kəsintilər yaranır. İçməli su ilə təminat məsələsində müəyyən problemlər ortaya çıxır, bunları isə çalışırlar aradan qaldırsınlar. Bu sahədə irəliləyiş var, bəzi ərazilərdə içməli su təminatı kəsilə bilir, müəyyən müddət sonra problem aradan qaldırılır. Kommunal xidmətlərlə bağlı vəziyyət yaxşıdır. Amma yol-küçə, ictimai nəqliyyat sahəsi ilə bağlı bunu demək olmur.  

İ.Hüseynli bildirdi ki, qışa qış gəlməmiş hazırlaşmaq lazımdır:

- Necə ki kənd yerində kəndli odun, müəyyən ərzaq tədarükü görür, eləcə də şəhərlərdə də qış “tədarükü”görülməlidir. Bu da qum, duz ehtiyatının hazırlanması, qar təmizləyən texnikanın saz vəziyyətdə olmasıdır. Bəzən dekabr ayından etibarən prospektlərdə, küçələrdə qum, duz yığılmış kisələr görünürdü. Hələlik buna rast gəlinmir. Düzdür, indiyədək şaxtalı, boranlı hava olmayıb. Lakin nəzərə almaq lazımdır ki, iqlim gözlənilmədən sərt şəkildə dəyişə bilər. Gecə qar yağsa, şaxtalı hava yollarda buzlaşmaya səbəb olacaq. Qar yağmağa başlayırsa, texnika yollara çıxarılıb intensiv şəkildə təmizlənməlidir ki, asfalt üstdə qalıb qalınlaşaraq buza çevrilməsin. Bizim yollarda problem yaranmasının əsas səbəbi budur ki, yolları qardan ertəsi gün təmizləməyə başlayırlar, nə vaxt ki qar artıq buza çevrilib. Bu da çox çətin, məşəqqətli, eyni zamanda nəticəsiz olur. Yağışlarsa yenə “öz işini” gördü. Küçələrdə, yollarda subasmalar var. Görünür ki, yağış sularını ötürücü sistemlər yenilənməyib, yeni infrastruktur inşa edilməyib. Yağış sularının ötürülməsiylə bağlı vəziyyət hələ də bərbaddır. Bu da tıxaclara, hərəkətin intensivliyinin pozulmasına və ictimai nəqliyyatda gecikmələrə təsir göstərən amillərdir.  

Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov isə Sherg.az-a açıqlamasında qeyd etdi ki, havaların sərt keçəcəyini nəzərə alaraq avtomobil yollarında təmizlənmə işləri vaxtında həyata keçirilməlidir:

- İşlər vaxtında və sürətlə aparılmalıdır ki, avtomobillər, o cümlədən ictimai nəqliyyatın avtobus seqmenti rahatlıqla bir nöqtədən digər nöqtəyə gedib çata bilsin. Təəssüflə qeyd etmək lazımdır ki, Bakı şəhərinin çox az küçələrində təmizlənmə işləri həyata keçirilir. Bu səbəbdən qəzalar baş verir. Qışa hazır olmaq lazımdır. Şəhər təsərrüfatı da, fərdi avtomobil sahibləri də. Hər dəfə payız-qış mövsümündə avtomobil sahiblərinə qış təkərlərinə keçid tövsiyə olunur, amma çoxları buna məhəl qoymur. Qış təkərləri olsa, yollarda avtomobillərin sürüşməsi də az olar, qəzalar da. Ümumiyyətlə, qış gəldi, ya temperatur beş dərəcə aşağı endisə, o zaman bütün avtomobillərdə qış təkərləri tətbiq edilməlidir. Adi təkərlər beş dərəcədən aşağı hava