Bakıda supermarketdə süni qiymət artımı ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO

“Araz” supermarketlər şəbəkəsi mağazalarından birində qeydə alınan süni qiymət artımı iddiasına münasibət bildirib.
Qeyd edilib ki, 200 qramlıq “Pınar labne” pendiri 24 maydan 3 iyun tarixinədək endirim kampaniyasında olub:
“Ona görə də, məhsul qeyd etdiyiniz qiymətlə təklif olunurdu. 4 iyundan etibarən isə kampaniya başa çatdığından əvvəlki qiyməti ilə satılır. Həftəsonu karantin rejimindən istifadə edib qiymətləri qaldırmaq fikriniz isə tamamilə yanlışdır.

Bildirmək istərdik ki, “Araz” supermarketlər şəbəkəsi qiymətlərini bazar qiymətinə uyğunlaşdırır, hətta bir çox məhsullar bazar qiymətinə təklif olunur”.

12:33

Bakıda “Araz” supermarketlər şəbəkəsinin mağazalarından birində süni qiymət artımı qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə müştəri sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, mayın 24-də 2,55 manata aldığı eyni pendiri ötən gün 3,49 manata əldə edib.

Müştəri qeyd edib ki, hələ digər aldıqlarının qiymətlərini müqayisə etməyib.